Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq

Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq

Əks-sədası "Məhsul" stadionundan o tərəfə keçməyəcək

Dağıdıcı müxalifət mövsümi xarakter daşıyan aksiyalara başlamaq istəkləri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yaymaqdadırlar. Görünür, hava soyuyanda aksiya dayanır, hava isinəndə "cuşə" gələrək, mitinq keçirmək istəyirlər. Ancaq o da, bəllidir ki, onlar aksiyanı hər hansı məsələyə reaksiya vermək üçün yox, mövsümi olduğu üçün keçirməyə cəhd edirlər. Bir-birinə düşmən kəsilən Müsavat - "Milli Şura", Müsavat-AXCP qarşıdurması fonunda Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri birgə aksiya keçirə biləcəklərmi?

Əks-sədası "Məhsul" stadionundan o tərəfə keçməyən mitinqlər

Belə bir durumda yalançıların yeni həşiri nə ilə nəticələnəcək? Bəllidir: əvvəlki mitinqlər kimi, fiaskoya uğurayacaq. Bəlkə yox, bloqer Əli Kərimli?

Bir faktı yüz müstəviyə inikas etdirib siyasiləşdirmək, məntiq eybəcərliyini ədalət axtarışı kimi qələmə vermək vicdandan və ədalətdən kənar olay deyilmi, müxalifətin Şeyx Nəsrullahı? Azərbaycanın müxalifət düşərgəsində qocalaraq nimdaşlaşan "lider"lərinin daim, fasiləsiz və usanmadan "ideal cəmiyyət" kimi qələmə verdiyi, çalışdıqları Qərb ölkələrində küçə etirazlarına, yürüşlərinə və mitinqlərə münasibət heç də deyilən kimi deyil. Bunu dəfələrlə yazmışıq, demişik və bir daha təkrar edirik: Qərb demokratiyası yalnız Qərb üçündür, bizlər üçünsə Qərbin öz ssenariləri, planları və məqsədləri var. Ancaq bu gün Ə.Kərimli Azərbaycanın uğurlu inkişafına ləkə yaxmaq üçün bütün alçaqlığa əl qoyur. Satqın üçün xalq, dövlət və milli-mənəvi dəyərlər yoxdur. Çünki Ə.Kərimlini satqın zehniyyəti maliyyə-pul arqumentidir. Satqın yalnız məntiqləmi düşünür? - suallarına mütləq olmasa da, elmi cavablar var.

Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə, doğrudan da, varlanmaq üçün və xəyanətinə əvəz olaraq pula satılır. Satqın üçün hər şey - satlıq maldır. Ona görə də, müxalifətin keçirdiyi mitinqin əks-sədası "Məhsul" stadionundan o yana gedib çıxmır.

Dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar

Onların keçirdikləri mitinq və aksiyaları siyasi spekulyasiya və şou yaratmaq olub. Bu şouya da, xalq etiraz olaraq gəlməyib. Çünki xalq, özlərini ictimaiyyətə müxalifət liderləri kimi təqdim edən Ə.Kərimli və C.Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq aldıqlarını, verdikləri bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışdıqlarını, ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları "himayə edən" mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq etdiklərini yaxşı bilir və görür. Ona görə də, radikal müxalifətin qarşıdakı bələdiyyə seçkiləri ərəfəsi mitinq çağrışları ilə "ölkəni silkələmək" iddiasına qarşı öz etirazlarını bildirirlər. Radikal müxalifət isə, hələ də dünyaya qara eynəklə baxır. Görünən odur ki, çürüməkdə olan dağıdıcı müxalifətin iflası qaçılmazdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə