Regionların dayanıqlı sosial-iqtisadi inkişafına yönəlmiş dövlət siyasəti
Prezident İlham Əliyevin dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını büsbütün dəyişib
Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan veribdir. Bir sözlə, ölkəmizdə regionların inkişafı üzrə həyata keçirilən islahatlar və qəbul edilən dövlət proqramları bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edibdir. Bu sahədə dövlət siyasəti daha da gücləndirilir ki, regionların dayanıqlı sosial-iqtisadi inkişafı təmin edilsin.
"Əsl siyasət konkret və real iş görməkdən ibarətdir"
"Əsl siyasət konkret və real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini və gerçəkliyə adekvat olduğunu göstərmişdir.
Bu illər ərzində, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır.
Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 16 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
16 illik Prezidentliyi dövründə Cənab İlham Əliyev xalqın etimadını əməli fəaliyyəti, xeyirli və gərəkli işləri ilə doğruldub. Belə ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində, orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə, 6,5 dəfə artıb. Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin ötən il keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra imzaladığı ilk Fərmanın şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında olması deyilənlərin əyani sübutudur. Onu da, vurğulamaq lazımdır ki, bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi, bu il ərzində başa çatdırılacaq. Bütün bunlar ölkə əhalisinin sosial vəziyyətlərinin yaxşılaşmasına və özlərini güvənli hiss etməsində daha geniş imkanlar yaradır.
Dövlət siyasətində xalq-dövlət birliyi
Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: "Mən bütün azərbaycanlıların prezidentiyəm" şüarını gerçəyə çevirir.
Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Çünki Prezident İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Və nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi Liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü yaşayır! Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib.
Bəli, bu, həqiqətən də, belədir! Bu gün Cənab Prezidentin hər zaman olduğu kimi, sözü ilə əməli tam üst-üstə düşür. Ölkə Parezidenti İlham Əliyev Cənablarının dediyi kimi: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə, haqlı olaraq, fəxr edə bilər".
Məhz xalqımız öz LİDERİNƏ arxalandığı üçün öz Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisinə doğru inamla irəliləyir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB