Mövsümi mitinq də "siyasi məhbus" siyahısını ortaya atmaqla Ə.Kərimli Cəmil Həsənlini ofsaytda saxlamaq istəyir
Yenə payız gəldi, müxalifət "işə" başladı. Mitinq keçirməyi deyirəm. Havalar soyuduqca dağıdıcı müxalifətin də, görünür, dərdi açılır. Özü də ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi ərəfəsində bir-birindən yanıqlı olan dağıdıcı düşərgə liderləri mitinq keçirməklə ürəklərini boşaldacaqlar. Xarici donos dəllalı X.İsmayıl sosial şəbəkələrdə çağırış və bəyanatlarla çıxış edərək, bildirir ki, Azərbaycanda «insan hüquqları pozulur», mitinqlər keçirməyə və sərbəst toplaşmağa icazə verilmir. Nəyə əsaslanır bu xəyanətkar, əxlaqsız Xədicə İsmayıl?
Azərbaycana qarşı təhdid və təzyiq dili ilə danışmağın mənası yoxdur
"Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı üçün hər cür şərait yaradılıb". Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Bu bəyanatların heç bir əsası yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq - bunların hamısı Azərbaycanın konstitusion normalarıdır. Bu institutların fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir" Ə.Həsənov deyib.
PA rəsmisi təəssüflə onu da bildirib ki, beynəlxalq təşkilatlar bəzən mahiyyətinə varmadan, ayrı-ayrı subyektiv mənbədən daxil olan informasiyanın nəticəsində belə rəylər verirlər: "Əgər nəzərdə tutulursa ki, qeyri-qanuni aksiyaların qarşısı alınıb, bu, belədir və gələcəkdə də belə olacaq. Azərbaycan hüquqi dövlətdir. Burada hüquqi normalar hər şeydən üstün tutulur. Qanuni aksiyalara dövlət şərait yaradır, həmin aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunur, qeyri-qanuni aksiyaların isə qarşısı alınıb, alınır və bundan sonra da alınacaq. Buna görə də, beynəlxalq təşkilatlar gərək bizə qarşı bu və ya digər çağırışlarda olmasınlar".
Əli Həsənov onu da bildirir ki, faktiki olaraq, onlar bilirlər ki, bu gün Azərbaycanda hakimiyyətə qarşı hər hansı ciddi aksiyalar keçirməyə, hakimiyyət çevrilişinə nail olmağa və yaxud hansısa şəkildə hakimiyyətə gəlməyə heç bir sosial dayaqları, sosial sifarişləri və əhalinin onları dəstəkləyəcək birliyi yoxdur: "Sadəcə olaraq, onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında bu işləri həyata keçirirlər və sonda, bu, onların məğlubiyyətinə gətirib çıxarır və belə də olmalıdır".
Üzdəniraq millətin nümayəndələri ilə daima çiyin-çiyinə durub, bu isə əsl rəzalətdir
Bu gün üzdəniraq millətin nümayəndələri ilə daima çiyin-çiyinə duraraq, Azərbaycana qarşı böhtan, şər demək – X.İsmayılın xislətindən irəli gəlir. X.İsmayılın xalqa və dövlətçiliyə xəyanətini, erməniyə "xidməti"ni başa düşdük. Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, xalqımıza qarşı dəfələrlə vandalizm, terror aktları, soyqırımlar törədən üzdəniraq millətin nümayəndələri ilə çiyin-çiyinə durmaq əsl rəzalətdir. Ancaq X.İsmayıl bunu heç vaxt anlamayacaq. Çünki X.İsmayıl kimi erməni dəyirmanına su tökən insanlar, yaxşı bilirlər ki, Azərbaycana qarşı təhdid və təzyiq dili ilə danışmağın mənası yoxdur.
Beləliklə, dağıdıcı müxalifətin nümayəndələri xarici ölkələrin səfirliklərinin ayırdığı maliyyə vəsaitinə sahib çıxmaq üçün mitinq keçirmək yarışına girişiblər. Çünki onları, elə X.İsmayılı da, əslində, düşündürən "siyasi məhbus" problemi deyil, məhz şəxsi maraqlarıdır.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB