“Qarabağ”ın qələbəsi informasiya müharibəsinə böyük töhfədir

“Qarabağ”ın qələbəsi informasiya müharibəsinə böyük töhfədir

"Azərbaycanın “Qarabağ” komandası Avropa Liqasının pley-offunda Şimali İrlandiyanın “Linfied” komandasına qalib gələrək qrup mərhələsinə yüksəlib. Bu qələbə milyonlarla futbol azarkeşinə, azərbaycan vətəndaşına sevinc bəxş edib". Bunu SİA-ya açıqlamasında AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, “Qarabağ” ın bu qələbəsinin siyasi əhəmiyyəti də böyükdür: "Bu qələbə son vaxtlar Ermənistan rəhbərliyinin Xankəndində verdiyi sərsəm bəyanatlara tutarlı cavabdır. “Qarabağ” ın bu qələbəsi, Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfədir. “Qarabağ” bütün dünyada Azərbaycanı təmsil edir.

Bu qələbə münasibəti ilə “Qarabağ” komandasının üzvlərini, məşqçi heyyətini, komandanın rəhbərliyini təbrik edir və növbəti oyunlarda uğurlar arzu edirəm. Eyni zamanda Azərbaycan ictimayyətini “Qarabağ” komandasına hərtərəfli dəstək göstərməyə çağrıram".

Bütün xəbərlər Facebook səhifəmizdə