Müxtəlif şəraitdə həlak olan erməni əsgərlərin anaları yenidən hökumət binası önündə etiraz aksiyası keçiriblər. SİA-nın yerli tert.am saytına istinadla verdiyi məlumata görə, mətbuat nümayəndələri ilə söhbətində ölən əsgər Valeri Muradyanın anası "inqilab"dan sonra Nikol Paşinyanın onları qəbul etdiyini, işlərin gedişatı ilə bağlı açıqlama veriləcəyi ilə bağlı vəd verdiyini, ancaq bu gün bunların ortaya qoyulması üçün heç bir addım atılmadığını söyləyib.
Əsgər anası əlavə edib ki, araşdırma komissiyası təşkil edilsə də vəziyyət yenə əvvəlki kimidir, kimsə bu məsələyə diqqət etmir: "Çox ümidli idik, böyük gözləntilərimiz var idi və onun tapşırığının çox sərt olacağını gözləyirdik. Əgər valideynlər burada dayanıblarsa deməli heç bir məsələ həll edilməyib. Daim bizə deyirdilər ki, işiniz komitədədir, komitə yaradılıb, İstintaq Komitəsi QHT-lərlə birlikdə araşdırma aparır. Xüsusilə oğlumun işi hüquq müdafiəçisi Edqar Xaçatryanla əlaqəli idi, istintaq komitəsindən çoxlu materiallar istədi, heç bir şey vermədi, qrupdan çıxdı".
Etirazçı əsgər anası Paşinyanın həyat yoldaşına bu barədə danışmaq istədiyini, lakin onun da əlçatmaz olduğunu qeyd edib: "Bütün valideynlər bir əsgər anası olduğunu da nəzərə alaraq Anna Hakobyanla görüşmək üçün müraciət etdik, ancaq onun ölkədə olmayacağına dair yazılı məlumat aldıq. Orada yazılmışdı ki, Anna bildirib ki, onlar "maliyyə məsələləri ilə məşğul olmurlar". Amma gəlin baxaq, müraciətimizdə bir sətir belə pul haqqında yazılıb? Biz pul istəmirik. Qəbul etməsə də heç olmasa deyərdi ki, bağışlayın, işlərin ortaya çıxması üçün əlimizdən gələni edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB