Xəzər rayonunda 600-dən çox bal toplamış məzunlarla görüş keçirilib - FOTOLAR

Xəzər rayonunda 600-dən çox bal toplamış məzunlarla görüş keçirilib - FOTOLAR

Bu gün Xəzər rayonunun Şağan Mədəniyyət Mərkəzində yeni 2019-2020-ci tədris ilinin başlanması münasibətilə və Ali məktəblərə imtahan verərək 600 baldan çox bal toplamış orta məktəb məzunları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının I müavini Elşən Qurbanov, RİH Aparatının şöbə müdiri Gülbala Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məktəb direktorları və ali məktəblərə daxil olan şagirdlər iştirak edib.

Tədbirə Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Tədbiri giriş sözü ilə Xəzər RİH başçısı Elşən Salahov açıq elan edərək yüksək balla ali məktəblərə daxil olan şagirdləri təbrik edib və yeni tədris ilinin başlanması münasibətilə onlara müvəfəqiyyətlər arzulayıb.

Sonra öz çıxışları ilə millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik ediblər.

Millət vəkili Rauf Əliyev çıxışında qeyd edib ki, bu il rayon üzrə ali məktəblərə sənəd verən 1310 abituriyentdən ümumilikdə 922 nəfər tələbə adını qazanıb ki, bu da sənəd verənlərin 70,3 %-ni təşkil edir. Bu çox yüksək nəticədir. Millət vəkili 600-dən çox bal toplayan və tələbə adını qazanan 49 tələbəni bu yüksək nəticələrə görə təbrik etdi və onlara təhsildə uğurlar arzu edib.

Tədbirin sonunda 49 nəfər 600 baldan yüksək bal toplayan şagirdlərə RİH-i adından hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə