Türkiyədə SES kanalında partlayış olub

Türkiyədə SES kanalında partlayış olub

Türkiyənin Sivas rayonunun Koyulhisar rayonu ərazisində yerləşən Su Elektrik Stansiyasına (SES) məxsus kanalda partlayış baş verib. SİA xəbər verir ki, kanaldan axan suyun məcradan çıxması nəticədə yaxınlıqdakı şosedən keçən 3 avtomobili su aparıb. Ərazidə başlanan axtarış-xilasetmə işləri nəticəsində 6 nəfər xilas edilib.

Axtarış-xilasetmə işləri davam edir. Hələlik hadisənin səbəbi barədə məlumat yoxdur. SES-ın çıxış qapaqlarının bağlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə