Xarici ölkələrdən tutulan iki nəfər Azərbaycana ekstradisiya olunub

Xarici ölkələrdən tutulan iki nəfər Azərbaycana ekstradisiya olunub

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1.2-ci ( Xuliqanlıq) maddəsi ilə axtarışda olan 23 yaşlı Mikayıl Nəsirov Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında tutularaq ölkəmizə ekstradisiya olunub.

SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən AZƏRTAC-a bildiriblər ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə axtarışda olan rayon sakini 57 yaşlı Tahir Aylarov Gürcüstanda tutularaq ölkəmizə ekstradisiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə