Daş qayaya rast gəlib REAKSİYA

"Facebook dəllalları" qarşıdurmada

Bu gün Azərbaycanın uğurlarının kölgəsində alışıb-yananlar sosial şəbəkələrdə hay-həşir salmaqla, özlərinə təsəlli verirlər. Ən çox gülüş doğuran isə odur ki, bir-birilərinə qara yaxaraq, əxlaqsız adlandırırlar. Gülünc deyilmi? Necə deyərlər, kor-kora kor deməsə, bağrı çatlar. Böhtan atmaq, yalan demək, bir-birilərini satmaq bu əxlaqsızların naturasıdır. 25 ildir ki"müxalifət" adı ilə yol gedənlər bu gün sosial söyüş müxalifəti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına qara yaxır və elə zənn edirlər ki, bəlkə bu yolla xalqın dəstəyini "qazana" bilərlər. Amma bu dəfə lap ağ oldu. Bunu anlaya bilsəydilər... Nə anlamaq üçün "baş" var, nə də görmək üçün göz. Kar-kor olan bu məxluqlar yeniləşən Azərbaycanda aparılan tikinti-quruculuq işlərini-binaları, yolları və parkları görə bilmirlər.

Ümumiyyətlə dağıdıcı müxalifət Azərbaycanda nəyi görmək istəmirsə, onu ifadə etməyə çalışır. Elə buna görə də, hər şeyə qara yaxır, məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycan xalqı isə dağıdıcı müxalifəti çoxdan arxivə atıb.

Sərdar Səlaloğlu: "Əli Kərimli sosial şəbəkələrdə özünün ləyaqətsizliyini və əxlaqsızlığını nümayiş etdirir"

Bir siyasətçinin ki, tərcümeyi-halında bu qədər qara ləkələr olsun və bütün fəaliyyəti boyu satılmaqla məşğul olmaq onun əxlaqsızlığını təsdiqləyir. ADP sədri Sərdar Cəlaloğlu Ə.Kərimlinin özünü "birləşmiş müxalifətin lideri" kimi təqdim etməsinə münasibətini bildirərəkən, söyləyib ki, cinayətlər içində çapalayan Ə.Kərimli hansı üzlə mitinq iddiasına düşüb?

"Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edəcəksən, həyasızlıq budur"

ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Ə.Kərimlinin bu iddiasını gülünc adlandırıb: "Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edəcəksən? Bir də sən kimsən ki, siyasi partiyaların fəaliyyətinə qiymət verəsən? Ə.Kərimli, üzərinə belə bir missiya götürməyin nə məqsədlədir? Azərbaycanda siyasi partiyalara ad qoyursan ki, Müsavat filandır, AMİP filandır və bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən doğulandan da satılıb-satansan. Daha dəqiq desək, satqın siyasətin "primadonnası»san! Sənin ipini çəkmək çətin deyil. Mitinq keçirməklə baş girləyirsən, ancaq bir yoxsan".

ADP sədri eyni zamanda, AXCP fəallarının sosial şəbəkədəki davranışlarına da toxunaraq deyib ki, ən pis küçə söyüşləri söyməklə, Ə.Kərimli özünün ləyaqətsizliyini, əxlaqsızlığını nümayiş etdirir: "Erməni qulbeçəsi olmaq Ə.Kərimlinin pozğun tərbiyəsini göstərir. 1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri xatırlatsın. Bu, o vaxtlar idi ki, mərhum Əbülfəz Elçibəy təşkilatına - AXC(P)-yə Kələkidən tam nəzarət edə bilmirdi. Bundan istifadə edən Ə.Kərimlinin "Yurd"laşdırılmış nəzarəti "at oynadırdı". Bundan sonra da, Ə.Kərimli müxalifət düşərgəsində birlik təşəbbüslərinə sarsıdıcı zərbələr vurdu. 2000-ci ilin parlament seçkilərində ortaya qoyduğu mövqe yəqin çoxlarının yaddaşından hələ də silinməyib. Yenə də Müsavatla AXCP-nin seçkiyə "vahid siyahı" ilə getməsi təşəbbüsü Ə.Kərimli tərəfindən "vuruldu". Seçkidən sonra isə müxalifətin tutduğu vahid mövqeyə qarşı çıxmaqla, Ə.Kərimli növbəti missiyasını yerinə yetirmiş oldu. Və bu gün Ə.Kərimli kimlərəsə, məsələn, Arif Hacılıya, İsgəndər Həmidova və digərlərinə boşuna qucaq açmır. Məşhur bir aforizmdə deyildiyi kimi, onları sevdiyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayır ki, bağrına basıb, elə möhkəm sıxsın ki, boğulsunlar...Və bu gün siyasi meydanda tamamilə silinən və tarixin zibilliyinə atılan Ə.Kərimli kimi satqın və xəyanətkarın, o cümlədən, Müsavat partiyası və "Milli Şura"nın ayrı-ayrılıqda Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki heykəli önündə aksiya keçirmələri isə, hər şeyə qara yaxmaq kimi məkrli niyyətlərini nümayiş etdirməkdir". Bəli, bu gün istər Ə.Kərimli, istər Arif Hacılı, istər İ.Qəmbərov və bu kimi Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ilə bəslənənlər bir həqiqəti bilməlidirlər ki, tarix sizin kimi satqınları heç vaxt bağışlamayacaq.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə