Yaxud məkanı, zaman əxlaqı və əqidəsi küçədə yetişən Əli Kərimli
Bu gün xaricdən maliyyələşərək Azərbaycanı gözdən salmağa çalışan şər maşınının əsas "aləti" olan AXCP sədri Əli Kərimli siyasi ekstremizmin ruporları olan Vidadi İsgəndərli, Nahid Cəfərov, Qurban Məmmədov, Orduxan Teymurxan, Tural Sadıqlı və bu kimi satqın "siyasi mühacir"ləri ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi yenidən çağırışlar etmək tapşırığını verməsi növbəti uğursuz oyunun davamıdır desək, yanılmarıq.
Bu qüvvələrə qarşı Prezidentin köməkçisi Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edirlər. Ə.Həsənovun təbirincə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti" nə qədər cəhd etsə də, ölkəmizin suverenliyinə xələl gətirə bilməz.
Dağıdıcı düşərgənin satqın siması
Ə.Kərimli kimi əxlaqsızlar, bir həqiqəti də anlamırlar ki, 25 ildən çox bir müddət ərzində xalq AXCP və bu qurumun simasız, əxlaqsız və satqın sədrinə və onun kimilərə birdəfəlik tüpürübsə, yenidən hansı sifətlə mitinq keçirmək iddiasına düşüb çağırışlar edirsən, ay zatı bəlli olmayanlar? Anlaya da bilməzlər. Çünki naturasında xəyanət olan kəslər üçün satqınlıq etmək adi bir şeydir. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər. Bu gün 1990-cı illərdə küçələrdən iş kabinetlərinə köç edib, amma həmin köçdə küçə ritorikasından və düşüncəsindən, davranış və mədəniyyətindən qurtula bilməyən Ə.Kərimli satqın düşüncəsi, əxlaqsız davranış və mədəniyyətsizliyi ilə "xalq" sözünün mənasını anlamadığı halda, xalqa müraciət edir? Anlamır ki, xalq nə narazı elektoratdır, nə sosial baza. Vətəndaşları, özü yazdığı və dediyi "milyonları" arxasınca aparmaq üçün gərək dəyərli, mənəviyyatlı, əxlaqlı olasan. Bu gün küçə ritorikasından uzaqlaşa bilməyən Ə.Kərimli kimilərin şüurları bundan sonra da dəyişməyəcək. Necə deyərlər, 40-ında öyrənən, gorunda çalar. Bir də yalan, böhtan, absurd iddialar, çılğın çağırışlar siyasət deyil. Ə.Kərimli elə zənn edir ki, sosial şəbəkələrdə şər-böhtan demək siyasətdir. Ay bədbəxt, ölkəmizin əleyhinə apardığın "qara piar" kampaniyasının rəngini gündən-günə nə qədər tündləşdirsəniz də, heç nəyə nail ola bilməyəcəksiniz. Bir də insan cinayət törədib onu gizlətməklə, cəzadan yayına bilər. Amma o cinayətin qorxusunu sonuna qədər yaşamağa məhkumdur.
Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq, aydın olur ki, bu gün müxaliflər illərdi ki, eyni mühitdə qalıblar, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bunun qarşısını almaq, sadəcə, mümkünsüdür. Yəni bu yaşdan sonra nə İsa Qəmbəri, nə Əli Kərimlini, nə də Rəsul Quliyevi dəyişmək mümkün deyil.
Beləliklə, çıxartdığımız nəticə budur ki, Azərbaycan müxalifəti, çox təəssüflər olsun ki, müasir cəmiyyətlə ayaqlaşmaq imkanlarında deyil və zaman-zaman etdiyi xəyanətin təsirindən çıxa bilmir. Yuxarıda da göstərdiyimiz və Dostoyevskinin təsvir etdiyi kimi cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür, amma o cinayətin xofundan çıxmaq, əsla, mümkün deyil. Çünki Ə.Kərimli kimilər anadan olduğu gündən bu günə kimi getdiyi yolun əyri olduğu kimi, zaman-zaman cinayətləri də sasız-hesabsız olub. Ona görə də, belələri yaxın zamanlarda cinayət kürsüsünə oturub, etdiyi satqınlığa və cinayətlərinə görə xalq qalşısında cavab verəcək.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB