Qazaxıstan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşüb. Qazaxıstan Prezidentinin rəsmi internet səhifəsində yer alan məlumatda deyilir ki, görüşdə ölkə başçısına təşkilatın hazırkı fəaliyyətinin əsas istiqamətləri, o cümlədən bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türk Şurasının sammitinə hazırlıqlar barədə məlumat verilib.
Prezident Qazaxıstanın ənənəvi olaraq Şura daxilindəki əməkdaşlığa, üzv ölkələr arasında iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB