"Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlimin təşkili” LAYİHƏ - FOTOLAR-VİDEO

"Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlimin təşkili” LAYİHƏ - FOTOLAR-VİDEO

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə 1 may 2019-cu il tarixindən "Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlimin təşkili” layihəsinin icrasına başlayıb. SİA-nın verdiyi məlumata görə, layihə rəhbəri Səbinə Kərimova açılış nitqi ilə çıxış edərək tədbirin keçirilməsində məqsədin əlilliyi olan bacarıqlı şəxslər barədə məlumatların toplanılması, onların əl işlərindən ibarət bazanın yardılması olduğunu bildirib.

Qeyd edilib ki, digər tərəfdən məqsəd onların sayt üzərində işləmə mexanizminin öyrədilməsidir ki, bu sahədə daha aktiv fəaliyyətlə məşqul olmasına kömək edəcək. Bildirilib ki, layihə müddətində Sumqayıt şəhərindən 15 nəfər sağlamlıq imkanları məhdud gənc və Bakı şəhərində keçirilən təlimlərdə 15 nəfər eşitmə məhdudiyyətli gənclər iştirak edib. Onlara Şuranın dəstəyi ilə yeni yaradılmış SosialMedia.az saytı üzərində işləmə mexanizmi öyrədilib və bacarıqlı gənclərin əl işlərindən ibarət güşə yaradılıb.

Çıxış edənlər saytın özəlliyindən danışıblar və bildiriblər ki, burada yalnız əlilliyi olan gənclər işləyir. Saytda onların hər biri öz seçdikləri kateqoriya üzrə xəbərlərlə yanaşı, eyni zamanda öz əl işlərini də yerləşdirilir. Bu saytın yaradılması gələcəkdə bacarıqlı əlillərin yaradıcılıq işlərini ölkə sərhədlərindən kənarda təbliğ etməyə, məhdudiyyəti olan gənclərin sosial rifahının yaxşılaşdırılmasına öz töhvəsini verəcək.

Qeyd edilib ki, bu, Prezidentimiz İlham Əliyevin və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərə diqqət və qayğının bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə