Yaxud erməni lobbisinin yeni "tütəyi" Türkel Kərimli
Atalarımızın ibrətamiz sözləri var. Ancaq nə faydası? Çörəyi dizinin üstündə olan AXCP sədri Əli Kərimli, "Milli Şura"nın yaşına-başına hörmət etməyi bacarmayan Ə.Kərimlinin buyruqçusu Cəmil Həsənli, min sifətin nümunəsi Gültəkin Hacıbəyli və...və... bu kimi əxlaqsızlara sözümüzü deyə bilməzdik. Bu fikri elə söz xatirinə demirəm. Hürə-hürə it olan Ə.Kərimlinin oğlu Türkel Kərimlinin də "başını başlara" qoşaraq, dədəsinin çıxdığı ağacda budaq-budaq gəzməsidir. Özü də dünənə qədər dədə Kərimlinin sevgili- məşuqəsi olan əxlaqsız çamurunda eşələnən xəyanətkar Xədicə İsmayılla bir "budaqda" olmasıdır. Təəccüblənəcəksiniz ki, Xədicə budağı nə deməkdir? Çünki hər ikisi erməni lobbisinin quyruqbulayanları və yalaqlarıdır. Daima erməni lobbisi və ona müttəfiq olan qüvvələrlə daim əməkdaşlıq edərək, milli maraqlarımızı satmış, ölkədə daim təxribat yaratmaq üçün çıxışlar və çağırışlar etmiş avantüristlər yazıq olduqları qədər də, bədbəxtdilər.
İlanın ağına da, qarasına da lənət
Bunlar ilandan da zəhərlidirlər. Xalqa, dövlətçiliyə xəyanəti, erməniyə "xidməti" başa düşdük. Ancaq maraqlı burasıdır ki, X.İsmayıl və T.Kərimli kimilər sosial şəbəkələrdə yazırlar ki, guyu onlar ABŞ-da Azərbaycanın siyasi həyatına qiymət verirlər. Bu yerdə necə susasan? Ay bi..., kimsiniz ki, Azərbaycanın siyasi həyatında baş verənlərə qiymət də verəsiniz. Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, xalqımıza qarşı dəfələrlə vandalizm, terror aktları, soyqırımlar törədən üzdəniraq millətin nümayəndələri ilə çiyin-çiyinə durmaq əsl rəzalət deyil? Çünki Azərbaycanın uğurlarını gözü götürməyənlər daim Ə.Kərimlidən və onun yaxın ətrafından istifadə edərək, ölkədə təxribat törətməyə can atırlar. Ancaq Türkel, Xədicə, Leyla Yunus və bu kimi erməni dəyirmanına su tökən əxlaqsız və satqın erməni lobbisinin quyruqbulayanları yaxşı bilirlər ki, Azərbaycana qarşı təhdid və təzyiq dili ilə danışmağın mənası yoxdur. Bütün təxribatlar daim bumeranq effekti verib.
Tarix heç vaxt bölənləri və bölücülük edənləri bağışlamır
Bu, həqiqətən də, belədir. Siyasət də bu qanundan heç də fərqlənmir. Ə.Kərimlinin Azərbaycana qərəzli mövqedə dayanan, xarici ölkələrin əlində fiqura çevrilməsi, təxribatçı qüvvələrlə birgə çalışmasını təsdiqləyən çoxsaylı faktlar bunu dəfələrlə sübut edir. Ən önəmlisi isə, dağıdıcılıq, ziyankarlıq, xəyanət missiyasını daim tətbiq edərək, düşərgədə qarışıqlıq yaradan Ə.Kərimlini silahdaşları da atasının yolunu gedən küçük Türkeli "erməni lobbisinin fəxri üzvü, bacıoğlusu" adını daşımaqdan utanmayan növbəti satqının yetişdiyini bildirirlər.
Dünyanın tanınan ekspertləri, bəzi hallarda düşmən ölkənin siyasiləri Azərbaycanın uğurlarından danışdıqları halda, ölkəmizdə tək bir çatlaq səs (Ə.Kərimli, oğlu küçük Türkel və onun tərəfdarlarının ifasında) eşidilməkdədir. Çünki Əli Kərimli xisləti belədir. O, yaxşılıq və faydalılıq üçün yaranmayıb. Kərimli Azərbaycan siyasətinin çömçəsidir, missiyası qarışdırmaqdır və bu satqınlıq çömçəsində növbəti hürən küçük Türkel də quyruq bulayır.
Əli Kərimlinin "fədakar" oğlunun içki, qumar və kef məclisləri...
AXCP sədri Ə.Kərimlinin oğlu T.Kərimlinin ABŞ sərgüzəştləri barədə mətbuatda çox yazılıb. Amma ən iyrəncliyi ondadır ki, Türkel ABŞ-da kef məclislərində iştirak edən vaxt Ə.Kərimli "Məhsul" stadionunda Azərbaycan gənclərini "mübarizəyə", "vətənpərvərliyə", "təmiz" və "qürurlu" olmağa səsləyirdi: "Ey gənclər, azadlıq uğrunda mübarizədə fədakar olun!" deyən Ə.Kərimlinin oğlu hardadır, bəs? Gəncləri təxribata səsləyib, oğlunu ABŞ-da qızların qucağına atan bu adamın sözünü hansı gənc eşidə bilər ki!? Sual edən yoxdur ki, Türkel nə üçün hərbi xidmətə yollanmayıb?
Bütün bu kimi əhəmiyyətli, olduqca vacib faktorları təhlil edib, reallığı doğru şəkildə qiymətləndirmələri yerinə, AXCP sədri Ə.Kərimlinin tamamilə əks-mövqedə dayanıb erməni dəyirmanına su tökməsi isə, sadəcə millətə, xalqa və dövlətə xəyanət adlandırıla bilər. Çünki zatı olmayan Ə.Kərimlidən Türkel kimi əxlaqsız törənər.
Ona görə də, belə bir ərəfədə öz rəşadətli ordusunun, əsgərlərinin, eləcə də, Ali Baş Komandanının ətrafında sıx biləşdiyini əməli nəticələrlə sübuta yetirən müxtəlif sosial təbəqələrin nümayəndələri, ziyalılar, gənclər ayağa qalxmalı, satqın və xəyanətkar Ə.Kərimli və onunu oğlu Türkel kimilərə öz yerini göstərməli, avantüraçılara, antimilli ünsürlərə bundan sonra da meydan verməməli və onların barəsində sərt ölçü götürməlidirlər. O, həbs olunmalı, layiqli cəzasını almalı, ən yaxşı halda isə, ölkə hüdudlarından çıxarılmalıdır. Belələrinə Azərbaycanda yer yoxdur!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB