Faktlar təsdiq edir ki, AXCP sədri satqınlığa qazanc mənbəyi kimi baxır
Müxalifətdaxili vəziyyət gərginləşdikcə, bəzi dağıdıcı xislətli partiya sədrləri xarici maraqlı dairələrlə iş birliklərini daha geniş formada qurmağa can atırlar. Bununla da Azərbaycan cəmiyyətindən qazandıqları nifrət və hiddəti xarici maraqlı dairələrdən aldıqları maddi yardımlarla doldurmağa çalışırlar. Xüsusilə də, AXCP sədri Əli Kərimli min hoqqadan çıxmaqla, məkrli dairələrin diqqət mərkəzinə çevrilməyə və onlarla qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıq əlaqələri qurmağa çalışır. Bu adam maddişəraitə malikdir. Yəni tüfeyli həyat tərzi keçirsə də, övladları xarici nufuzli unveristetlərdə illiyi 25 min avroya təhsil alır, Böyük Britaniyada bahalı evlərə, Türkiyədə obyektlərə sahibdir. Nəyin hesabına? Təbii ki, xaricə satılmaqla, Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaqla. Ümumiyyətlə, “Yurd” şefinin bütün fəaliyyəti onu göstərir ki, bu adam, sadəcə, özünə bir iş tapa bilmir, cəmiyyətə, ailəsinə və ətrafına fayda gətirə biləcək bir işin qulpundan yapışmaq bacarığı yoxdur. Ə.Kərimlinin, onun oğlu Türkel Kərimlinin əmisi oğlu Tofiq Kərimlinin qaynı, Elnur Seyidovun baldızı Aytən Rafik qızı Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları uzun müddət bank maxinasiyalarında hallanıb.
Əli Kərimli bank maxinasiyalarından milyonlarla manat pul mənimsəyib
Bank araşdırmaları təsdiq edir ki, Ə.Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan, 2013-cü il, iyunun 13-dək olan müddətdə banklardan fantastik məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar, özü də nağdlaşdırılmış şəkildə. Yəni Kərimlilər və Seyidovlar banklardan, praktiki olaraq, 2 il ərzində, müntəzəm olaraq, nəhəng məbləğlərdə pul çıxarıb, iriməbləğli maliyyə əməliyyatları aparıb, böyük həcmdə pul kütləsini qəbul edib və ya iri məbləğlərdə vəsaiti harasa göndəriblər. Bu pullar və onların mənşəyi haradan qaynaqlanıb? AXCP sədri banklardan bu qədər pulu nağd şəkildə çıxarmağa necə nail olub? Nağdlaşdırılaraq çıxarılmış maddi vəsaitlər hara xərclənib? 2012-ci il martın 27-də Ə.Kərimlinin qaynı Elnur Seyidovu həbs edilərkən, bu suallara, qismən də olsa, cavablar tapılmışdı.Qeyd etmək lazımdır ki, E.Seyidov keçmiş "Texnikabank"da yüksək post tuturdu. O, həbs olunduğu günə qədər bu bankın ən böyük filialı sayılan Yasamal filialının rəis müavini vəzifəsi kürsüsündə oturmuşdu. Bu Ə.Kərimlinin qohumu olan həmin E.Seyidovdur ki, 2011-ci il yanvarın 28-dən 2012-ci il fevralın 24-dək banklardan, ümumilikdə, 4 milyon 680 min manat nağdlaşdırılmış pul vəsaiti çıxarmışdı.Ancaq bu da son deyil. Ə.Kərimlinin hələ heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 2011-ci il sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində "Texnikabank"da 75 min (?!) funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparmışdı. AXCP sədri Azərbaycan hakimiyyətinə qarşı düşmən siyasi dairələrin sifarişlərini icra etmək istiqamətində başını qatmaqdansa, yaxşı olardı ki, 6 ildir cavab tapa bilmədiyi bu sualın da cavabını versin.
Tufeylilik Əli Kərimlinin həyat tərzinə çevrilib
Bu məxluq cinayətkar əmməllərinin hesabını verməkdənsə, sosial şəbəkələrin ulduzuna çevirməklə, ölkəmizə qarşı şər və böhtan kampaniyası aparır. O, sosial şəbəkələrdə paylaşdığı hər statusunda iddia edir ki, “hakimiyət narahatdır, cəmiyyət barıt çəlləyini xatırladır və bu gün-sabah inqilab olacaq”. Bu üzdəniraq məxluqa sual edilir hakimiyyətin narahatlığının səbəbi nədir? Üç- dörd xuliqan cənhəçini saxlayıblar, bir də Tofiq Yaqublunu prokurorluğa çağırıblar. Vəssalam. Görünür, bütün şüurlu həyatını kompüter arxasında keçirən və səhərdən-axşama kimi «Facebook»da ictimai qıcıq yaratmağa çalışan bu adam, hesab edir ki, bir neçə yaxınının onunla həmfikir olması və formalaşdlrdıqları trol dəstəsinin dəstəyi ictimai narazılıqdır, inqilabi situasiyanın ərəfəsidir və hakimiyyətin çöküşünün başlanğıcıdır. Mövcud faktlara əsasən, demək olar ki, onlar 1993-cü ildən bu günə qədər səsləndirdikləri absurd iddialar tükənmək bilmir. Sosial şəbəkələrin günümüzün əsas ruporuna çevrilməmişdən əvvəl hədyanlarını özlərinə yaxın qəzetlərdə deyirdilər, indi də sosial şəbəkələrdə. Fakt odur ki, bunların mübarizəsi həmişə qəzet səhifəsində və FB-də olub. Onlar artıq elə düşünürlər ki, sosial şəbəkədə bir neçə səviyyəsizin ağzıköpüklü ritorikası ictimai narazılıq, kimlərinsə «asacağıq-kəsəcəyik» iddiası isə inqilabdır. Bunlar, olsa-olsa, yalnız virtual məkanda qəhrəmanlıq edə bilərlər, çünki real cəmiyyəti, ölkə vətəndaşları, nəinki Ə.Kərimlinin iddialarından, hətta onun mövcudluğundan belə xəbırsizdir.Həyata keçirilən sosial tədbirləri hədəfə götürmək istədi, hər gün bir adamın sosial problemini qabardıb ictimailəşdirməklə iqtidarın sosial siyasətini gözdən salacağını düşündü, amma alınmadı. Məmurların, imkanlı şəxslərin əmlakını müzakirəyə çıxarmaqla, hakimiyyətin nüfuzuna zərbə vuracağını düşündü, heç nə çıxmadı. İndi də "ay camaat, gəlin qoşulun cəbhəyə" çığırmaqla insanları rəhbərlik etdikləri partiyanın sıralarına cəlb etməyə çalışır, "Rusiyada aksiyalar keçirildi, bizdə də başlayacaq" deməklə, vətəndaşları qarşıdurmaya cəlb eləmək istədi, boş çıxdı. Çünki real həyatda nə onun özü var, nə də dəstək verən. Bu adam, artıq nə edəcəyini bilmir. Əgər bir insan iyirmi il, davamlı olaraq, eyni şeyi təkrar edib - durursa və nəticədə, heç nəyə nail ola bilmir, hətta geriləyirsə, ancaq yenə də həmin işi davam etdirirsə, deməli, onun problemi ilə artıq psixoloqlar məşğul olmalıdır.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB