Naxçıvanda milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı tədbirlər keçirilir

Naxçıvanda milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı tədbirlər keçirilir

Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. SİA xəbər verir ki, bu barədə Ordubad rayonunun Dırnıs kəndində keçirilən növbəti “Xalq yaradıcılığı günləri” adlı tədbirdə ətraflı danışılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov və Ordubad rayonundakı Kotam kənd Mədəniyyət evinin metodisti Rəcəb Quliyevin çıxışları olub.

Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar diyarımızın bütün bölgələrində xalq yaradıcılığı nümunələrinin, milli dəyərlərimizin aşkarlanması, təbliği və tətbiqinə yönəlmiş ənənəvi “Xalq yaradıcılığı günləri” adlı tədbirlər keçirilir. Belə tədbirlər unudulmaqda olan milli dəyərlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.

“Xalq yaradıcılığı günləri” tədbirində Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Ordubad Rayon Uşaq Musiqi Məktəbinin muğam ansamblının, mədəniyyət evləri və klubların dərnək üzvlərinin, rəqs və yallı qruplarının, eləcə də folklor kollektivlərinin ifasında “Tənzərə” yallısı, “Nar ağacı, nar çiçəyi” xalq mahnısı, “Şur” təsnifi, “Ruhani” aşıq havası, “Elçilik” və “Haxışta” mərasimləri və digər xalq yaradıcılığı nümunələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə