Əməliyyat sistemlərinin inkişaf etdirilməsi, yaradılması və idarə edilməsi sahələrində bacarıqları olan, əlavə olaraq sistem proqramları ilə işləmək təcrübəsi olan peşəkarları Bank BTB aktual vakansiyalar üzrə işə dəvət edir. Peşəkar İT sahəsi üzrə komandanın əməkdaşları sırasında özünü görmək istəyənlər vaxt itirmədən müraciət edə bilərlər.
Elan olunmuş vakansiyalar haqqında ətraflı məlumat linklərdə:
Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi - http://bit.ly/2ZJvgHn Proqramlaşdırma şöbəsinin Baş Mütəxəssisi- http://bit.ly/2GYQR74 Texniki dəstək şöbəsinin Mütəxəssisi- http://bit.ly/31Yrj2d
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Müraciət etmək istəyən namizədlər müraciət formalarını / CV-lərini [email protected] elektron poçtuna göndərə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB