Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılmışdı. Onlar 8 təyyarə reysi ilə geri qayıdırlar. Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə