Ağsunun dağlıq ərazisində baş verən yanğın davam edir

Avqustun 22-də gündüz saatlarında Ağsu rayonu Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən SİA-ya verilən məlumatda bildirilir ki, yanğın genişlənərək 35 hektar əraziyə yayılıb.

Hadisə yerinə qonşu rayonlardan da əlavə qüvvələr cəlb olunub. Hazırda 2 helikopter, Mülki müdafiə qoşunlarının 44 nəfərlik şəxsi heyəti, 20 nəfər meşə işçisi, habelə Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından texnika və xeyli canlı qüvvə yanğının söndürülməsinə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə