BDU-nun Mətbuat və İnformasiya şöbəsinin saytı sabahdan etibarən ictimaiyyətin ixtiyarına veriləcək

BDU-nun Mətbuat və İnformasiya şöbəsinin saytı sabahdan etibarən ictimaiyyətin ixtiyarına veriləcək
"Fevralın 18-də Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin saytının təqdimat mərasimi keçiriləcək. Mətbuat və İnformasiya şöbəsinin təqdimatı keçiriləcək saytı son 10-12 il ərzində Bakı Dövlət Universiteti haqqında kütləvi informasiya vasitələrində işıq üzü görmüş materialların məcmusudur". Bu barədə SİA-ya verdiyi açıqlamasında BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, toplanan bütün materiallar aidiyyatı başlıqlar altında saytda öz əksini tapıb. Ana səhifədə universitetdə keçirilən tədbirlər və yeniliklər, fakültələrin həyatı ilə bağlı xəbərlər, alimlərimin ixtiraları, hansısa beynəlxalq konfranslara qatılmaları və s. haqqında məlumatların yerləşdirildiyini deyən P.İbrahimova vurğulayıb ki, sol sütundakı universitetin bölümü altında BDU haqqında qısa məlumat verilib. Onun sözlərinə görə, bu bölümdə universitetin ilk binasından bu günə qədər olan binaların, eyni zamanda universitet daxilində fəaliyyət göstərən bəzi qurumların da şəkillərini yerləşdirilib.

"Əsas hadisələr başlığı altında isə 1919-cu ildən bu günə qədər universitet həyatında olan ən əlamətdar hadisələr illər üzrə göstərilib. Rektorlarımız bölümündə 90 il ərzində universitetə rəhbərlik etmiş rektorların yaşadığı illər, rektorluq dövrləri və s. haqqında qısa məlumat verilib və qeyd edək ki, bu müddət ərzində universitetə 24 rektor rəhbərlik edib. Görkəmli məzunlar və tanınmış elm xadimləri bölümünü 1957-ci ildə tarix fakültəsinin məzunu olmuş ulu önlərimizlə başlayaraq digər 16 fakültənin hər birinin məzunları və alimlərinin siyahısını vermişik. Fəxri doktorlarımız bölümündə isə indiyədək universitetin fəxri doktoru olmuş tanınmış dövlət, elm xadimlərinin fotoları yerləşdirilib və qeyd edək ki, fəxri doktorlarımızın sayı 50 nəfərdən çoxdur. Digər bölüm isə universitetin rektoru akademik Abel Məhərrəmov haqqındadır. Rektorun 1999-cu ildən bu günədək müəllifi olduğu məqalələr, müsahibələr, haqqında yazılıblar və açıqlamaları xronoloji ardıcıllıq gözlənilməklə yerləşdirilib. Əmr və sərəncamlar bölümündə isə isə rektorun imzaladığı əmr və sərəncamları öz əksini tapıb", - deyə o əlavə edib.

BDU-nun rəsmisi vurğulayıb ki, əməkdaşlarımız KİV-də bölümündə isə universitet əməkdaşlarının KİV-də işıq üzü görən yazıları yerləşdirilib. BDU KİV-də bölümünun materialları isə yalnız BDU haqqında olduğunu deyən P.İbrahimova vurğulayıb ki, xarici qonaqlar bölümündə isə 1999-cu ildən 2011-ci ilədək universitet rəhbərliyi tərəfindən qəbul edilən xarici qonaqlarla keçirilən görüşlər öz əksini tapıb: "Mətbuat və İnformasiya şöbəsi hər ilin yekununda universitet haqqında yazılmış məqalələrin monitorinqini aparır. Bu il də həmin ənənəni davam etdirmişik. Mətbuatla BDU-nun hansı istiqamətlər üzrə əlaqələr qurmasına diqqət yetirmişik. Keçirilən tədbirlərin qısa xülasəsini vermişik. Monitorinqin nəticəsi isə onu göstərir ki, ötən il mətbuatda dərc edilən məlumatlarımızın ümumi sayı 792-dir. Sağ sütunda davamlı olaraq reportajlar, müsahibələr yerləşdiriləcək. Artıq bir qism yazılar əks olunub. Magistratura və doktorantura şöbəsindən, universitetin nəzdində fəaliyyət göstərən və ən müasir avadanlıqlarla təchiz olunmuş poliklinikadan, Tələbə Həmkarlar Komitəsinin fəaliyyətində reportajlar veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə