16-18 avqust tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti və “Əlil Qadınlar” Cəmiyyətinin dəstəyilə Qazax rayonunda yerləşən və “Əlil Qadınlar” Cəmiyyəti tərəfindən fəaliyyət göstərən Qazax Günərzi Qayğı Mərkəzində “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən valideynlər və uşaqlar arasında ünsiyyət və davranışın inkişafı çərçivəsində keçirilməsi planlaşdırılan “Övladım və Mən” adlı dəstək layihəsi baş tutdu. Tədbirin ekspertləri qismində Medical Hospital və 4 saylı uşaq poliklinikasının ümumi pediatrı Lamiyə Tağıyeva, rəssam Lalə Ağayeva, Vəkillər kollegiyasının üzvü, vəkil Ziya Bağırov, PTİY İB-nin sədri, AMEA-nın disertantı, kiabxana-biblioqrafiya sahəsini tədris edən İradə Əlili, oftalmoloq Səba Bayramova, müəllim Aytən Əskərova, “Əlil Qadınlar” Cəmiyyəti İB-nin sədri Məhluqə Rəhimova, bəstəkar Sevinc Tofiqqızı, layihə rəhbəri, “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Dilşad Musa və Xəbər24 Medianın rəhbəri Anar Quliyev yer alıb. Tədbirin açılışını giriş sözlərilə “Əlil Qadınlar Cəmiyyəti” İB-nin sədri, Qazax Günərzi Qayğı Mərkəzinin rəhbəri Məhluqə Rəhimova açaraq qonaqları salamlayıb. Layihə ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Daha sonra “Dəcəl Balam” Ailə və Uşaq Mərkəzi və “Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Dilşad Musa çıxış edərək proqramın mahiyyəti ilə bağlı valideyinlərə məlumat verib. Tədbirdə, həmçinin, Qazax Rayon İcra Hakimiyyətinin baş psixoloqu Kəmalə Cəfərova və Qazax Rayon Sosial Müdafiə Fondunun sektor müdiri Günəş Məmmədova iştirak edib.
Qeyd edək ki, komanda üzrə iş, əsasən, fiziki məhdudiyyətli və sosial problemli ailələrin uşaqlarından ibarət olub. Məlumat üçün bildirək ki, Mərkəzdə Əlilliyi olan Uşaqlar üçün təşkil olunan İcma Əsaslı Reabilitasya Mərkəzinə cəlb olunan uşaqların həkimlər tərəfindən müayinəsi, lazımi məsləhətlərin verilməsi, hüquqşünaslar tərəfindən ailələrin sosial hüquqları ilə bağlı hüquqi maarifləndirilmə işlərinin aparılması valideyinlərin marağına səbəb olub. “Övladım və Mən” layihəsi əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası, inkluziv təhsil yanaşması ilə uşaqların inkişafına dəstək xarakteri daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB