“Azərbaycan: İnkişaf və Harmoniya ölkəsi” - Pakistan mətbuatı

Pakistanda nəşr edilən “Pakistan in the world” jurnalında və jurnalın internet səhifəsində “Azərbaycan: İnkişaf və Harmoniya ölkəsi”, eyni zamanda Azərbaycanın Pakistandakı səfirinin müəllifi olduğu “Azərbaycan – Müsəlman Şərqində ilk parlamentli demokratiya” başlıqlı məqalələr çap edilib.

“Azərbaycan: İnkişaf və Harmoniya ölkəsi” başlıqlı yazıda Azərbaycan xalqının uzun sürən azadlıq eşqinin məntiqi nəticəsi olaraq, 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) elan edilməsi ilə azadlıq mübarizəsinin öz kulminasiya nöqtəsinə çatdığı qeyd olunub. Müəllif ADR-in fəal xarici siyasət xətti yeridərək, xarici dövlətlərlə ikitərəfli əlaqələr qurmaqla yanaşı, beynəlxalq tanınma istiqamətində də önəmli diplomatik fəaliyyət həyata keçirdiyini vurğulayıb. Məqalədə 1991-ci ildə vətənpərvərlik, milli və mənəvi dəyərlər əsasında yenidən öz müstəqilliyini əldə edən Azərbaycan Respublikasının özünü ADR-in varisi elan etdiyini diqqətə çatdırılaraq bildirilib ki, 1993-cü ildə müstəqil Azərbaycanın prezidenti seçilən Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olunmuş, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişafa start verildi. Onun öndərliyi ilə xarici siyasət xəttinin qlobal və regional gerçəkliklərə uyğun yenidən quruldu, buna görə də indi Azərbaycanın bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə edir. Heydər Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi islahatlar nəticəsində uzun geriləmələrdən sonra Azərbaycan iqtisadiyyatının durumunun nəzərəçarpacaq dərəcədə yaxşılaşdı.

Yazar 2003-cü ildən etibarən İlham Əliyevin prezidentliyi müddətində Azərbaycanda siyasi, iqtisadi və sosial islahatların davam etdirilərək genişləndiyini, onun rəhbərliyi altında bir sıra mühüm uğurlara imza atıldığını izah edərək bildirmişdir ki, Azərbaycanın xarici borcu ölkə ümumdaxili məhsulunun (ÜDM) sadəcə 17 %-ni, xarici valyuta ehtiyatlarının isə, ÜDM-nin 77 %-ni təşkil edir.Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatına (2016-2017) əsasən, rəqabətlilik mühitinə görə Azərbaycan 140 ölkə arasında 37-ci yerdə qərar tutmuşdur. 1995-ci ildən bəri ölkəyə 220 milyard dollar investisiya qoyulmuşdur. Əhalinin təqribən yarısını iqtisadi cəhətdən fəaldır, ümumi işçi qüvvəsi 4,8 milyon nəfərdir. 99,8 % savadlılıq səviyyəsi olan ölkədə məşğulluq 95 % təşkil edir ki bu regionda ən yüksək göstəricidir.

Məqalədə Azərbaycanın geostrateji potensialına da toxunularaq vurğulanmışdır ki, Avropanın cənubi-şərqi sərhədlərində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü funksiyası yerinə yetirir. Regionda ən böyük hava limanı, dəniz limanı, habelə dəmiryolu xətti ilə Xəzər hövzəsi üçün logistik qovşağı olan Azərbaycan Transxəzər Şərq-Qərb Dəhlizi layihəsi vasitəsi ilə Çin və Avropanı – 2 qlobal iqtisadiyyatın rabitəsini təmin edir. Regionun ən müasir nəqliyyat infrastrukturuna sahib Azərbaycan illik həcmi 10-11,5 milyon ton yük və 50 min TEU olan yeni beynəlxalq dəniz limanı inşa etmişdir. “Dəmir İpək Yolu” da adlanan 2000 kilometr uzunluğunda olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti isə, Avropa ilə Asiyanın dəmiryolu sistemini birləşdirir.

Azərbaycan dövlətinin həyata keçirdiyi yeni turizm və viza siyasəti barədə oxuculara bilgi verən müəllif Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin məlumatına əsasən, Azərbaycanın turizm rəqabətlilik göstəriciləri üzrə 148 ölkə arasından 39-cu yeri tutduğunu, ölkənin 2017-ci ildə dünyanın ən sürətli inkişaf edən turizm iqtisadiyyatı olduğunu qeyd etmişdir.

Məqalədə Azərbaycanda İslam dəyərlərinin dirçəldilməsinə böyük əhəmiyyət verildiyi, minlərlə məscidin tikildiyi və ya bərpa edildiyi öz əksini tapmış, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olmaqla Azərbaycanın müxtəlif mədəniyyətləri arasında ziddiyyətlərin minimuma endirilməsi istiqamətində bir sıra mühüm işlər gördüyü, mədəniyyətlərarası forum və konfranslar təşkil etdiyi təqdir olunmuşdur.

Yazar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ətraflı izah edərək bildirmişdir ki, tarixən Azərbaycan türklərinin təşkil etdiyi Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətinin, həmçinin xanlıqların ərazisində ermənilər dini azlıq olmalarına baxmayaraq, sərbəst şəkildə yaşayır və bütün hüquqlardan istifadə edirdilər. 1828-ci ildə Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra 50 min erməninin İrandan, 90 mininin isə, Türkiyədən Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülməsi baş verdi. Bundan sonra ermənilər Azərbaycanlılara qarşı düşmənçiliklərini artıraraq davam etdirdilər. 1988-ci ildə isə, beynəlxalq dəstəkçilərinin köməyi ilə erməni ultra millətçilərinin Azərbaycanla müharibəyə başlayıb Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal etdilər.

Məqalə müəllifi BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin (822, 853, 874,884) Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarından geri çəkilməsini, məcburi köçkünlərin öz dogma evlərinə qayıtmasını tələb etməsinə baxmayaraq, Ermənistanın beynəlxalq hüquqa riayət etmədiyini və işğalı davam etdirdiyini oxucuların diqqətinə çatdıraraq yazısını yekunlaşdırmışdır.

“Azərbaycan – Müsəlman Şərqində ilk parlamentli demokratiya” başlıqlı məqalədə isə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasından və 9 iyul 1919-cu ildə Azərbaycanın ilk Xarici İşlər Nazirliyinin rəsmi olaraq təsis olunmasından, müasir Azərbaycanın, ADR-in varisi olaraq müstəqilliyini bərpa etdikdən sonra müəyyən çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzə qalmasına baxmayaraq qısa zamanda əldə etdiyi çoxşaxəli uğurlarından və Azərbaycan Diplomatiyasının 100 illik yubileyindən bəhs olunur.

https://pakistanintheworld.pk/july-2019-pakistan-in-the-world/

Bütün xəbərlər Facebook səhifəmizdə