Azay Quliyev: “Həm hüquqi, həm də reallıq baxımından QHT-ləri məcburi audit siyahısından çıxarmaq üçün əsaslar var”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Prezident Administrasiyası, Nazirlər Kabineti və Auditorlar Palatasına QHT-lərin auditə cəlb olunmasının könüllü olmasının vacibliyi ilə bağlı təklifləri təqdim edib. SİA-nın məlumatına görə, bu sözləri şura sədri, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.
QHT-lərin auditə cəlb olunmasına prinsip etibarilə etiraz etmədiyini deyən şura sədri bildirib ki, bunun könüllü olmasını istəyir. Əksər donor təşkilatların qrant layihələrinə auditlə bağlı maddənin salınmasını və auditə maliyyə ayrılmasını dəstəkləmədiyini söyləyən A.Quliyev hal-hazırda Azərbaycanda maliyyə dövriyyəsinin kiçik rəqəmlərlə ifadə olunan xeyli sayda QHT-nin olduğunu dilə gətirib: "Mən hələ 5-3 min manatlıq layihələri bir tərəfə qoyuram, hətta 100-200 min manatlıq qrant vəsaitlərinin məcburi auditə cəlb olunması ciddi problemlər yaradır. QHT-lərin məcburi qaydada auditə cəlb olunması üçün maliyyə mənbəyi yoxdur və bunu həyata keçirmək mümkün deyil. İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər bu formada qəbul olunsa, iki ciddi problem yaranacaq. Birincisi, QHT-lərin məcburi auditə cəlb olunması üçün maliyyə vəsaitləri olmayacaq. İkincisi, QHT məcburi auditdən keçməyəcəksə, sanksiyalara məruz qalacaq və 2500 manatadək cərimə olunacaq. Sual olunur, QHT bu 2500 manatı haradan alıb ödəyəcək, audit xərclərini necə ödəyəcək. Milli Məclisdə bu məsələ geniş müzakirə olundu və Milli Məclis rəhbərliyi səviyyəsində narahatlığımız anlaşıqla qarşılandı. Prezident Administrasiyasında keçirdiyimiz görüşlərdə belə bir qənatə əldə olundu ki, QHT-lər məcburi auditə cəlb olunmasın".
A.Quliyev bildirib ki, QHT-lərin məcburi auditə cəlb olunması üçün kifayət qədər qanunvericilik əsaslar yoxdur: "Həm hüquqi, həm də reallıq baxımından kifayət qədər əsaslar var ki, biz QHT-ləri məcburi audit siyahısından çıxaraq. Hal-hazırda məsələ bu şəkildə həllini tapmalıdır. Gələcəkdə QHT-lərin maliyə imkanları olarsa, onların məcburi auditə cəlb olunması məsələsi müzakirə oluna bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB