Cənub bölgəsinə infoturlar davam edir

Cənub bölgəsinə infoturlar davam edir

Cənub bölgəsinə gələn turistlərə bölgənin turizm potensialının tanıdılması və təbliğ olunması, eləcədə xüsusi ilə aqroturizm imkanlarının təbliğ olunması ilə bağlı Lənkran Turizm İnformasiya Mərkəzi infoturları davam etdirir. SİA-nın xəbərinə görə, belə ki, bu dəfə Rusiyanın Ufa şəhərindən olan turistlər üçün Cənub bölgəsinin çay plantasiyalarına və çay fabrikinə infoturlar təşkil olunub.

Eyni zamanda Üfalı qonaqlar isti su termal suları, Yardımlı rayonunda olan şəlalə və Lənkəran və Astaranın görməli yerləri ilə tanış olublar. Qonaqlara yerli mətbəx nümünələri təqdim olunub. Lənkəran Turizm İnformasiya Mərkəzi bölgənin aqroturizm imkanlarının təbliğində hər zaman dəstək verən “Yaşıl Çay” təsərrüfatına, Astara Çay çay fabrikinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu səpkidə infoturlar növbəti həftələrdə də davam etdiriləcəkdir. Burada əsas məqsəd yerli və xarici turistlərə Cənub bölgəsinin daha geniş təbliği və təşviq olunması, bölgəyə daha çox turistin cəlb olunması, yeni turizm imkanlarını göstərməkdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə