Bakıelektrikşəbəkə: “Havanın qarlı keçməsinə baxmayaraq əhali işıq problemi yaşamayacaq” - AÇIQLAMA

Bakıelektrikşəbəkə: “Havanın qarlı keçməsinə baxmayaraq əhali işıq problemi yaşamayacaq” - AÇIQLAMA
Artıq 2 gündür paytaxt Bakıda müşahidə olunan qarlı hava şəraiti işıq, qaz və su problemlərinin mövcud olacağına zəmin yaradır. SİA-nın müxbiri bununla bağlı olaraq soyuq havada işıq sahəsində hər hansı bir problemin olub- olmaması məsələsinə aydınlıq gətirmək üçün "Bakıelektrikşəbəkə" ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ilə əlaqə saxlayıb.

T.Mustafayev bildirib ki, havanın qarlı keçməsi işıqların verilməsində hər hansı bir fasilənin olacağına şərait yaratmayıb: "Soyuq havanın müşahidə olunmasına baxmayaraq idarəmizə heç bir şikayət daxil omayıb. Əgər belə hallarla rastlaşsaq, o zaman bu problemin aradan qaldırılmasını təmin edə bilərik".

Qurumun mətbuat əlaqələndiricisi onu da qeyd edib ki, mövcud ola biləcək problemin aradan qaldırlması üçün lazım olan işçi heyəti də tam hazır vəziyyətdədir.

Korrupsiya məsələsinə toxunan T.Mustafayev vurğulayıb ki, qərarın qəbul edilməsi bu sahədə müsbət irəliləyişlərə səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə