“Azərbaycan Sərhəd Mühafizəsi-100 il” adlı sənədli filmin təqdimatı olub

“Azərbaycan Sərhəd Mühafizəsi-100 il” adlı sənədli filmin təqdimatı olub

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş bayram tədbirləri davam etməkdədir. SİA-ya Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, xalq artisti, Azərbaycan kino sənətinin canlı əfsanəsi kinorejissor Eldar Quliyev “Azərbaycan Sərhəd Mühafizəsi-100 il” adlı sənədli filmini Azərbaycan sərhədçilərinin bir əsrlik tarixinə həsr edib.

2019-cu ilin 15 avqust tarixində Dövlət Sərhəd Xidmətinin aparatında bu sənədli filmin təqdimatı keçirilib.
Zamanında Dahi Öndər Heydər Əliyevin, hazırda isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin etibarlı mühafizəsində əldə olunmuş xidməti nailiyyətlərdən, Azərbaycan sərhədçilərinin gündəlik fədakar xidmətindən bəhs edən sənədli film böyük maraqla izlənilib.

Filmə baxışdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Eldar Quliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) yubiley medalı ilə təltif edib, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə