Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü
Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır… Sərhəd bölgələrində olarkən daim sərhəd dəstələrinə baş çəkirəm, vəziyyətlə tanış oluram, sərhədçilərlə görüşürəm. Hər dəfə mən inkişafı görəndə, yeni texnikanı, yeni avadanlığı görəndə bir daha əmin oluram ki, bizim sərhədlərimiz etibarlı şəkildə qorunur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cüm-huriyyəti sərhədlərin mühafizəsini haqlı olaraq dövlətçilik üçün mühüm amillərdən biri hesab etmişdir. Milli hökumət 1918-ci il iyun ayının 22-də Poylu stansiyasında sərhəd postunun yaradılması barədə qərar vermiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır. İyulun 12-də Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilmiş, 1919-cu ilin avqust ayının 18-də isə Azərbaycan Respublikasının Parlamenti «Azərbaycan Respublikasının sərhəd müha-fizəsinin təsis edilməsi haqqında» Qanun qəbul etmişdir. Məhz həmin tarixdə sərhəd mühafizə qüvvələrinin yaradılmasının ilk rəsmi əsası qoyulmuşdur. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev varislik prinsipini əsas götürərək 2000-ci ilin avqust ayının 16-da imzaladığı fərmanla avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi təsbit etmişdir.
.jpg)
Bolşevik işğalı sərhədlərin mühafizəsi sahəsində zəruri milli təcrübənin formalaşdırılmasına imkan vermədi. Sovet hakimiyyəti illərində Azərbaycanın sərhədləri sovet sərhədçiləri tərəfindən qorunurdu və həmin dövrdə azərbaycanlılar düşünülmüş şəkildə hərb işindən uzaqda saxlanılır, azərbaycanlı gənclərə hərbi texnikanın sirlərini öyrənmək imkanı demək olar ki, verilmirdi. Sovet ordusunun zabit korpusunda azərbaycanlıların sayı çox az idi və onlar yüksək hərbi rütbələrə nail ola bilmirdilər. Sərhəd Qoşunlarında vəziyyət bu mənada daha acınacaqlı idi. Azərbaycanlı sərhədçi zabitlər yüksək hərbi rütbələrə layiq görülmürdülər. Bütün bunlar xalqımızın uzaqgörən oğlu, böyük sərkərdə Heydər Əliyevin diqqətini cəlb edirdi və o, bu sahədə ciddi dönüşə nail olmaq üçün bir sıra tarixi qərarlar qəbul etmiş, Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaratmış, bir neçə azərbaycanlı hərbçiyə yüksək hərbi rütbələr verilməsinə nail olmuşdur.
Müstəqillik illərində Azərbaycan ordusunun yaradılması, formalaşdırılması proseslərinə birbaşa rəhbərlik edən, bu sahədəki fəaliyyəti ilə dövlətimizin hərb salnaməsinə şanlı səhifələr yazan Ulu Öndər Sərhəd Qoşunlarının yaradılması, ölkəmizin sərhədlərinin mühafizəsi işinin təşkili istiqamətində böyük uzaqgörənliklə fəaliyyət göstərmiş, milli sərhəd siyasətimizi formalaşdırmış, sərhəd strategiyamızı müəyyənləşdirmişdir. Sərhədlərin mühafizəsi işinə dərindən bələd olan Ulu Öndər Heydər Əliyev 2002-ci ilin iyul ayının 31-də Sərhəd Qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən ayrılaraq mərkəzi icra hakimiyyəti orqanı səlahiyyətinə malik Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdi. Bu qərar ölkəmizin sərhədlərinin mühafizəsinin təşkilində ciddi dönüşün yaranmasının başlanğıcı oldu. Dövlət Sərhəd Xidmətinin yaradılmasından ötən dövr ərzində qazanılmış uğurlar açıq şəkildə sübut edir ki, Ümummilli Lider sərhədlərimizin inkişaf perspektivlərini çox böyük uzaqgörənliklə müəyyənləşdirmişdir.

Sovet dövründən Azərbaycan sərhədçilərinə Naxçıvan Muxtar Respublikası istisna olmaqla, demək olar ki, heç nə qalmamışdı. Ölkəmizi tərk edən sovet sərhədçiləri mövcud texnika və vasitələrin hamısını özləri ilə aparmış, apara bilmədiklərini isə bərbad və yararsız hala salmışdılar. Belə bir vəziyyətdə ölkəmizin sərhədlərinin mühafizəsini öz üzərinə götürən milli sərhədçilərimiz böyük fədakarlıqlar göstərmişlər. Çadırlarda, vaqonlarda, ən yaxşı halda uyğunlaşdırılmış binalarda yerləşdirilən sərhədçilərimiz öz vəzifə borclarını əsasən fiziki imkanlar hesabına yerinə yetirmişlər. Cənub sərhədlərimizdən başqa heç yerdə sərhəd infrastrukturunun və lazımi texniki imkanların olmaması, yerli əhali arasında dövlət sərhədi barədə anlayışın xeyli zəifliyi, peşəkar kadrların çatışmazlığı müstəqillik illərinin ilk vaxtlarının ən böyük problemləri idi.

Lakin indi həmin problemlər tamamilə aradan qaldırılıb. Ölkəmizin sərhədçiləri öz peşə bayramlarını xidmətdə qazanılmış böyük nailiyyətlərlə qeyd edirlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində sərhəd mühafizəsinin formalaşması, ixtisaslı kadrlarla komplektləşdirilməsi, müasir tələblərə cavab verən sərhəd infrastrukturunun yaradılması, madditexniki bazanın möh-kəmləndirilməsi və bütövlükdə sərhəd mühafizəsinin təkmilləşdirilməsi prosesləri uğurla aparılır. Cənab Ali Baş Komandanın mütəmadi olaraq sərhədçilərlə görüşməsi, yeni tikilmiş hərbi hissə komplekslərinin açılış mərasimlərində iştirak etməsi, sərhədçilər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olması, müasir sərhəd infrastrukturunun yaradılması üçün müvafiq göstərişlər verməsi Vətənimizin hüdudlarının mühafizəsinin səviyyəsinin yüksəldilməsində, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsində, müasir texnika, avadanlıq və vasitələrlə təminatda, kadr hazırlığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində öz əksini konkret şəkildə tapmış və Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsini ən yüksək səviyyədə təşkil etməyə qadir olan mütəşəkkil bir quruma çevrilmişdir.

Dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, yeni sərhəd məntəqələrinin tikintisi, mühəndis-texniki qurğuların bərpası və yaradılması, qoşunların döyüş, fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, idarəetmə infrastrukturunun müasir tələblər səviyyəsinə qaldırılması, buraxılış məntəqələrində sərhəd nəza-rətinin təkmilləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların maddi, hüquqi, sosial təminatının yaxşılaşdırılması, beynəlxalq sərhəd əməkdaşlığının inkişafı və s. sahələr üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər sırasında tikinti-quruculuq işləri xüsusi yer tutmuşdur. Əsaslı tikinti-quruculuq işləri aparmadan, yeni sərhəd infrastrukturu yaratmadan müstəqil dövlətimizin sərhədlərinin toxunulmazlığını lazımi səviyyədə təmin etmək mümkün deyildi. Müstəqil Azərbaycan Respublikasının sərhədlərinin uzunluğu sovet Azərbaycanı dövründəki ilə müqayisədə 4 dəfədən də çoxdur. Buna görə də müstəqillik dövründə dövlət sərhədlərimizdə tikinti-quruculuq işləri aparmaq, yeni sərhəd infrastrukturu yaratmaq zəruri idi. Qürur hissi ilə demək olar ki, Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmaqla bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən «Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi və bu proqramdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsi xeyli təkmilləşdirilmiş, sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınmış, çoxsaylı qarnizonlar, sərhəd zastavası kompleksi və sahil nəzarət məntəqələri, sosial-məişət obyektləri, o cümlədən mənzillər tikilmişdir.
Sərhədçilərin sosial məsələlərinin həlli xüsusi diqqət mərkəzindədir. Qeyd olunmalıdır ki, sosial məsələlərin həllinə göstərilən diqqət də öz mənbəyini cənab Ali Baş Komandanın bu sahəyə göstərdiyi xüsusi qayğıdan alır. Sərhədçilərlə görüşləri zamanı Azərbaycan Respublikasının Prezidenti sərhəd mühafizəsi işinin təşkili, texniki avadanlıqlarla təminat, tikinti-quruculuq işləri, döyüş və mənəvi psixoloji hazırlıq məsələləri ilə yanaşı, şəxsi heyətin sosial-məişət şəraiti ilə də daim maraqlanır, əsgər yataqxanalarına baş çəkir, əsgər yeməkxanalarında nahar edir. Sərhədçilərin xidmət və sosial-məişət şəraitinə göstərilən qayğı uğurlu nəticələrin əldə edilməsində çox mühüm rol oynayır.

Məlumdur ki, sovet dövründə ölkəmizin yalnız cənub sərhədləri qorunurdu. İran və Türkiyə ilə sərhəddə mövcud olan sərhəd məntəqələri, mühəndis-texniki qurğular sovet sərhədçiləri tərəfindən yararsız hala salınmışdı. Şimal, qərb və şərq sərhədlərimizdə isə heç bir sərhəd infrastrukturu mövcud deyildi. Sərhədçilər hətta minimum xidmət şəraiti olmayan çadırlarda, vaqonlarda və uyğunlaşdırılmış binalarda yerləşərək fiziki imkanlar hesabına Vətənimizin hüdudlarını qoruyurdular. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin uğurla davam etdirilməsi nəticəsində indi vəziyyət tamamilə başqa cürdür. Dövlət Sərhəd Xidməti tərəfindən aparılan tikinti-quruculuq işləri sayəsində ölkəmizdə güclü sərhəd infrastrukturu yaradılıb. Vətənimizin sərhədləri boyunca inşa olunmuş çoxsaylı sərhəd məntəqələrində xidməti yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün yaxşı şərait yaradılıb. Sərhəd məntəqələrindəki xidmət otaqları lazımi avadanlıq və vasitələrlə təmin olunub. Yüksək məişət şəraiti olan əsgər yataqxanası, istirahət və təlim otaqları, hamam-camaşırxana, müxtəlif təyinatlı anbarları, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, zabit və gizir ailələri üçün mənzilləri, hətta uşaq şəhərcikləri olan zastava kompleksləri sərhədçilərin xidməti istifadəsindədir.

Müstəqilliyimizin ilk illərində xidməti təşkil etmək üçün ən adi şəraitə malik olmayan sərhədçilərimiz indi müasir tələblərə uyğun mənzillərə malikdirlər. Dövlət sərhədlərimizdə yeni inşa olunan sərhəd məntəqələrinin hamısında istirahət, məişət və digər sosial təyinatlı otaqlar, zabit ailələri üçün yaşayış binaları da tikilir. Sərhəd məntəqələrindəki sosial təyinatlı tikililər, binalardakı mənzillər mebellə, məişət və digər zəruri əşya və vasitələrlə tam təmin olunur.
Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhə-rində 312 mənzilli yaşayış binaları inşa olunmuş, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunmuşdur. Ümumilikdə, Dövlət Sərhəd Xidmətinin fəaliyyət müddətində 2002-ci ildən etibarən 740 xidməti bina istifadəyə verilmişdir.

Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra 9 ay kimi qısa bir müddətdə bilavasitə düşmənlə təmas xəttində ilk vaxtlar uyğunlaşdırılmış tikililərdə xidmətə başlayan sərhədçilərimiz üçün qısa müddət ərzində 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kom-pleksi tikilərək istifadəyə verilmişdir.
Sərhəd dəstələrinin hamısında lazımi tibbi avadanlıqlarla və dərman prepa-ratları ilə təchiz olunmuş tibb məntəqələri sərhədçilərin sağlamlığının keşiyində dayanıb. Bakı şəhərində isə Dövlət Sərhəd Xidmətinin poliklinikası və hospitalı fəaliyyət göstərir. Sərhədçilərin sağlamlığının keşiyində dayanan Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl təcrübənin və tibb elminin yeniliklərinin, yeni texnologiyaların tətbiqi sahəsində ölkəmizin qabaqcıl müalicə müəssisələri ara-sında xüsusi yer tutur.

Tibbi təchizatın yüksək səviyyədə olmasının və müasir tibbi avadanlıqların alınmasının xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz bu müalicə müəssisəsində aparılır.
DSX Hərbi Hospitalının rəisi tibb xidməti polkovniki Kənan Yusifzadənin Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun prezidenti seçilməsi bu sahədə əldə olunmuş nailiyyətlərin beynəlxalq aləmdə sərhədçi həkimlərə böyük nüfuz qazandırmasının mühüm göstəricisidir.
Sərhədçilərin istirahəti və boş vaxtlarının mənalı keçməsi üçün bütün hərbi hissələrdə istirahət otaqları, müxtəlif guşələr yaradılıb. Yeni istifadəyə verilən sərhəd məntəqələrinin əksəriyyətində böyük klublar, yay klubları, çayxanalar, məişət, iaşə və ticarət xidməti obyektləri var ki, bu da sərhədçilərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verir.

2007-ci il avqust ayının 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılış mərasimində iştirak etdiyi «Sərhədçi» istirahət mərkəzində yüksək şərait yaradılmışdır. Gora-dil qəsəbəsində inşa olunmuş mərkəzdə sağlamlığın bərpası üçün müalicə vannaları, masaj və terapiya otaqları, boulinq zalı, örtülü və açıq hovuzlar, uşaqlar və böyüklər üçün əyləncə mərkəzləri, iri qayıqların yanalma körpüsü, müxtəlif idman, o cümlədən futbol və voleybol meydançaları, çimərlik və sahilyanı kafe fəaliyyət göstərir. Ümumilikdə mərkəzdə 250 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü ərəfəsində avqust ayı-nın 3-də Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Vel” istirahət mərkəzində sərhədçi hərbi qulluqçuların və onların ailə üzvlərinin mənalı istirahətinin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində bədən tərbiyəsi və idman diqqət mərkəzində saxlanılır. Bütün sərhəd zastavalarında və sərhəd dəstələrində futbol, voleybol, basketbol meydançaları, maneə zolaqları, idman şəhərcikləri var.

2009-cu ilin avqust ayının 31-də açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirak etdiyi «Sərhədçi» idman olimpiya mərkəzində voleybol, həndbol, basketbol, mini futbol və digər idman növləri üçün nəzərdə tutulan 2400 nəfərlik qapalı universal idman zalı, FİFA standartlarına uyğun böyük futbol stadionu, kiçik universal stadion, üzgüçülük hovuzu və inzibati bina, mehmanxana və bir sıra yardımçı tikililər və qurğular inşa edilib.

«Sərhədçi» idman olimpiya mərkəzi fəaliyyətə başladığı dövrdən sonra sərhədçi idmançılar Azərbaycan, Avropa və Dünya çempionatlarında, beynəlxalq turnirlərdə 1248 qızıl, 831 gümüş, 971 bürünc medal qazanmışlar. Bu sırada Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” idman-olimpiya mərkəzinin dünya miqyasında tanınmış idmançılarını baş leytenant Cəbrayıl Həsənov, leytenant Hacı Əliyev, baş leytenant Rəsul Çunayev, leytenant Rüstəm Orucov, kapitan Nicat Şıxalizadə, leytenant Fəridə Abıyevanın adlarını xüsusi qeyd etmək lazımdır.
Sərhədçilərimizin sosial problemlərinin həll edilməsi, sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər uğurla davam etdirilməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB