Hoteldən oğurluq etdi

Qusar şəhəri ərazisində yerləşən hotellərin birində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini F.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisində yerləşən otellərin birində Bakı şəhər sakini A.Məmmədovun 1300 manat və 100 ABŞ dollar pulunu oğurlamaqda şübhəli bilinən həmyerlisi F.Məmmədov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə