Xəzər dənizində dalğanın hündürlüyü 5,8 metrə çatıb ETSN

Xəzər dənizində dalğanın hündürlüyü 5,8 metrə çatıb ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 11-də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.

Departamentdən SİA-ya bildiriblər ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 33-36, Sumqayıtda 30, Ələtdə 28, Pirallahıda 29, Qum adasında 26, Çilov adasında 22-25, Neftçalada 28-33, Xaçmazda 14-18, Nabranda 20, Neft Daşlarında 20-23 metr/saniyəyədək güclənib.

Dəniz stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5,8 metrə çatıb. Güclü külək axşam saatlarınadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə