“Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb

“Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb

Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində “Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb.

Bu gün iştirakçı komandaların çörəkçiləri şirniyyat məmulatlarının hazırlanmasında öz məharətlərini nümayiş etdiriblər.
Hakimlərin qərarına əsasən Azərbaycan komandası 239 balla birinci yerdə, Qazaxıstan komandası 238 balla ikinci yerdə, Monqolustan komandası isə 234 balla üçüncü yerdə qərarlaşıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə