Zaqatala rayonunda zəlzələ olub

Avqustun 10-da Zaqatala stansiyasından 18 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 4.9 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:35-də qeydə alınıb.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə