Millət vəkili Beynəlxalq Gənclər günü tədbirində iştirak etdi

Millət vəkili Beynəlxalq Gənclər günü tədbirində iştirak etdi

Xəzər Gənclər Evinin təşkilatçılığı, Xəzər Rayon İcra Hakimiyyəti və Atçılıq Federasiyasının təşkilati dəstəyi ilə Binə qəsəbəsi “Elite Horse Club” da 12 avqust - Beynəlxalq Gənclər gününə həsr olunmuş “Qarabağ atları” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzərin inciləri təqdimatında 80 gənc rəssamın müxtəlif kompazisiyalı at rəsmlərindən ibarət olan sərgisi təşkil olunub.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, Rayon Gənclər idarəsinin rəisi Vüqar Əliyev və rayon gəncləri iştirak ediblər. Sərgiyə baxış keçirildikdən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov, Millət Vəkili R.Əliyev, Rayon Gənclər idarəsinin rəisi V.Əliyev və Xəzər Gənclər Evinin əməkdaşı S.Məmmədzadə çıxış edərək gəncləri “12 avqust - Beynəlxalq Gənclər günü” münasibəti ilə təbrik ediblər.

Tədbirin sonunda qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə