"Keçən dövrün ictimai-siyasi proseslərinin təhlil bir daha göstərir ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı ötən müddətdə də öz səhvlərindən heç bir nəticə çıxarmayıblar, əksinə radikal antimilli və qeyri-konstruktiv mövqelərini ardıcıl olaraq davam etdiriblər. Bu düşərgənin əsas simaları bəhs etdiyimiz “Keçikçi dağ” insidenti zamanı öz mənfur xislətlərini bir daha ortaya qoydular. Hazırda onların gündəlik davranışı sübut edir ki, ümumiyyətlə, bu insanlarda keçən 30 ildə heç bir pozitiv keyfiyyət dəyişikliyi baş verməyib, bütün məsələlərə yenə də eyni prizmadan, yalnız mənfi rakursdan yanaşma xəttini davam etdirirlər. Əli Kərimli və ətrafının bir dəfə də olsun mövcud iqtidarın əldə etdiyi və bütün dünyanın diqqətini çəkən hər hansı bir uğurunu etiraf etməyə cürətləri çatmayıb. Öz inkarçılıq xəttlərini şiddətlə davam etdirərək hər şeyi qaralayan, bütün müsbət nəticələri inkar edən bu qaragüruh dəstə elə öz hərəkətlərinə görə də ölkə əhalisinin etimadını qazana bilmir. Azərbaycanda hardasa bir ağacın budağı qırıldı, hardasa leysan yağdı və yaxud sel gəldi, dolu düşdü və əkin-biçinə ziyan dəydi, zəlzələ oldu və hansısa ev xəsarət aldı, elektrik stansiyasında qəza baş verdi, yanğın oldu, avtobus aşdı, xəstəxanada ölüm halı baş verdi, bir vətəndaş intihar etdi - bir sözlə, ölkədə və bütün dünyada mənfi yönlü nə olursa, “mövcud iqtidar günahkardı, hakimiyyət hara baxır”,- deyə haray-həşir salırlar, kampaniya aparırlar. İqtidara qarşı təkidlə həyata keçirdikləri belə inkarçılıq xətti onların xislətində elə mənfi fəsadlar yaradıb ki, artıq hakimiyyətlə dövlət arasındakı sərhədləri də çoxdan itiriblər". Bu barədə Prezidentin içtimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məqalələrinin birində yazıb.
Tanınmış dövlət xadimi Ə.Həsənov özünü "ana müxalifət" adlandıran, əslində tərəfdarlarının sayına görə cırtdan partiyaların liderlərindən fərqlənməyən Əli Kərimlinin Azərbaycan xalqına qarşı nə qədər biganə birisi olduğunu dəqiq faktlarla sübut edib.
Əslində Ə.Kərimli haqda dəqiq məlumat əldə etmək üçün yaxın tariximizə - 1991-1993-cü illərə ekskurs etmək yetər. Həmin vaxtlar ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərindən heç bir nəticə çıxarmır, əksinə antimilli və qeyri-konstruktiv fəaliyyətini davam etdirirlər. Hadisələr də sübut edir ki, Əli Kərimli əslində qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisidir. Onunla eyni vaxtda tələbə təşkilatlarında, daha sonra isə AXCP-də təmsil olunmuş şəxslərin də qeyd etdiyi kimi, o, heç zaman Azərbaycan torpaqlarının müdafiəsində iştirak etməyib, ailə üzvləri də Azərbaycan ordusu sıralarında xidmət etməyiblər.
Bir müddət əvvəl millət vəkili Qüdrət Həsənquliyev müsahibəsində AXC sədri Əli Kərimlinin tələbə olarkən Qarabağa döyüşməyə getməsi ilə bağlı açıqlamasına toxunmuşdu:
“O, nəinki döyüşməyib, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb. Həmin vaxt biz BDU-da qərara aldıq ki, tələbələr Laçına özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkli çəkdirib qayıtdı. O, həmişə deyəndə ki, mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm.100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!”.
Əli Kərimli dövlət katibi postu tutduğundan sonra Dağlıq Qarbağa münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla xarici siyasət sahəsi ona həvalə olunmuşdu. Amma başı daha mühüm işlərə- məsələn, “Moskva” və “Naxçıvan”mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemizdən də üstündür.
1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Ə.Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi. O, Brüsselə son səfəri zamanı iddia edib ki, Azərbaycanın indiki iqtidarıınn hakimiyyətdə qalması sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onun məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Əli Kərimli hətta ən qatı erməni milliyyətçilərinin demədiyini də deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.
Əgər bu münaqişə hər iki ölkədə demokratiyanın bərqərar olması nəticəsində həll edilə bilərsə, onda Kərimli necə izah edə bilər ki, bu münaqişə onların “demokratik prezident” adlandırdıqları Əbülfəz Elçibəy və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter Petrosyanın vaxtında pik həddə çatıb. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?!
Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.
Ermənistanda “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Amma Keşikçi Dağ məsələsində bizim hərbçiləri cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik göstərir ki, Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe.
Bir sözlə Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O, şəxi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan çəkinməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB