Məlahət İbrahimqızı: “Gənc ailələrə evlərin verilməsində dövlət öz dəstəyini verəcək” - AÇIQLAMA
"Bugünki inkişaf bütün sahələrdə özünü büruzə verir. Bununla yanaşı, dövlət büdcəsi gündən-günə zənginləşir. Dövlətin büdcəsində olan maliyyə, ölkənin gücü ona imkan verir ki, mövcud olan bütün sosial problemlərlə bağlı hər hansı bir dövlət imtiyazlarını, qayğını tətbiq edək". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, bu gün ilk növbədə Azərbaycanda demoqrafik siyasətin daha da güclənməsi, ailələrin daha da sosial vəziyyətinin yaxşılaşması və qurulan yeni ailələrin fundamental möhkəm olması üçün dövlət tərəfindən addımlar yüksək qiymətləndirilməlidir. Onun sözlərinə görə, mənzillərin verilməsi ilə bağlı qaldırılanlar bir təklifdir, arzudur. Bu niyyətin, arzunun dövlət tərəfindən reallaşdırılmağa qadir olduğunu deyən millət vəkili qeyd edib ki, bu məsələ qanunvericilikdə öz əksini tapmaqla bərabər, buna həyata keçirilməkdə də dövlət öz dəstəyini verəcək.
"Artıq bir neçə ildir ki, ölkəmizdə ipoteka krediti mövcuddur və əsasən gənc ailələrə, Qarabağ müharibəsi ailələrinə, xüsusi imtiyazı olan ailələrə verilir. Hesab edirəm ki, 10 il bundan öncə ipoteka haqqında danışanda bu haqda düşünmürdük. Amma bu artıq reallıqdır. Mən düşünürəm ki, gələcəkdə gənc ailələrə dövlətin çox böyük güzəşti və qayğısı olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB