Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib FOTO

Avtovağzal Qurban bayramına görə "Neoplan"lar da cəlb edib FOTO

Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub. SİA-nın məlumatına görə, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri deyib.

P.Məmmədova bildirib ki, bu, öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq: “Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər”.

Qeyd edək ki, BBAK Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə