“Xəzərin mühafizəsində birik, birlikdəyik” adlı təmizlik aksiyası keçirilir
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirilir. SİA-nın verdiyi məlumata görə, "Xəzər günü" ərəfəsində keçirilən və yüzlərlə insanın qatıldığı aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır.
Aksiyada nazirliyin əməkdaşları və YAP nümayəndələri ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin ekoloji təmiz istehsalat qurmuş müəssisələrin nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, belə bir kütləvi aksiyanin keçirilməsi Xəzər dənizinin çirklənmədən qorunmasını, çimərliklərdə təmizliyə riayət olunmasını təbliğ etməyə və tullantıların qarşısını almağa yönəlib.
Xatırladaq ki, 2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB