Qurban bayramına günlər qalmış Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar vətəndaşlara tövsiyələr verib. Xezerxeber.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi İçərişəhər cümə məscidinin axundu Hacı Surxay bildirir ki, qurbanlıq heyvanların seçiminə xüsusi diqqət etmək lazımdır. Surxay Məmmədli hesab edir ki, qurban kəsən zaman da diqqətli olmaq lazımdır. Xüsusi ilə də bu ibadəti uşaqların gözü qarşısında icra etməmək tövsiyə olunur.
Ən önəmli məqamlardan biri isə qurban ətinin bölüşdürülməsi ilə bağlıdır. Surxay Məmmədli bildirir ki, bu zaman İslam dininin qaydalarına xüsusi diqqət etmək lazımdır.
Qeyd edək ki, bu il Qurban bayramı avqustun 12-13-nə təsadüf edir. Bu günlər ərzində insanlar qurbanlıq heyvan əldə edərək ibadətlərini icra edə bilərlər. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisində 44 stasionar, 30 çadır tipli kəsim məntəqələri müəyyən edilib. Bayramda Agentlik, Kənd Təsərrüfatı Nazirliyi və Daxili İşlər Nazirliyi gücləndirilmiş rejimdə çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB