İşğalçı ölkənin baş naziri Xankəndidə "Ermənistanın Dağlıq Qarabağa iddiası" onu gülünc vəziyyətə saldı
Ermənistanın küçədən baş nazir kürsüsünə gələn Nikol Paşinyan elə ilk gündən hansı "ağılın" sahibi olduğunu nümayiş etldirməkdədir. Bu isə həm ölkədə gərginliyi, həm də küçə "demokratına" qarşı inamsızlıqla yanaşı, Paşinyana qarşı ayrı-ayrı qüvvələrin yaranmasına səbəb olur.
Artıq erməni ictimaiyyətinin narazılıqları, ölkədə baş verən ardıcıl mitinqlərin keçirilməsi Paşinyanın canınıa vicvicə salıb. Elə bu qorxu ilə özünü sığortalapmaq üçün avqustun 5-də Xankəndiyə gedərək mitinqçilər qarşısında populist sərsəm bəyanatlar səsləndirilib. Ermənistanın "Past" nəşri xəbər verir ki, dəyişikliklər xüsusi ilə müxalifət seqmentində gözlənilir. Nəşr yazır ki, hazırda ölkədə partiyalar arasında gizli müzakirələr gedir. Lakin artıq bu ilin oktyabr ayında 7 müxalif partiyasının konsolidasiyası haqqında bəyanat verilə bilər. Nəşr vurğulayır ki, realda isə hakimiyyətə qarşı birləşən siyasi güclərin ümumi sayı 20-ni keçəcək.
Koçaryan vaxt verdi: "Bu hakimiyyət çox qalmayacaq"
Partiyalar, eyni zamanda, həmin vaxt öz gündəliklərini də açıqlayacaqlar. Belə ki, gündəlikdə onların atacağı addımların ardıcıllığı və siyasi məqsədləri təqdim olunacaq. Nəşr yazır ki, yeni müxalifət blokuna olduqca görkəmli erməni siyasi xadimlər, həmçinin, bir sıra ictimai təşkilatların və ekspert birliyinin tanınmış simaları da daxil olacaq.
Bu ilin iyulun 30-da Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirmişdi ki, Ermənistan rəhbərliyi hakimiyyətdə çox qalmayacaq və yenidən seçilmə perspektivinə malik deyil. O, əminliyini ifadə edib ki, hakimiyyət məsələsi istənilən halda küçədə - növbədənkənar parlament seçkilərində həll olunacaq: "Bu cür idarəetmə keyfiyyəti ilə bu rəhbərlik hakimiyyətdə çox qalmayacaq və yenidən seçilmə perspektivinə malik deyil. Seçici həmin vaxt populistlərdən təngə gələcək və öz seçimində daha diqqətli olacaq".
Paşinyan Dağlıq Qarabağın Ermənistana "aid olduğunu" ilk dəfə bəyan edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Paşinyanın Qarabağa qanunsuz səfəri: idman üzərindən siyasi oyunlardan başqa bir şey deyil. Və Ümumerməni Oyunların keçirilməsiylə bağlı Xankəndiyə (Stepanakert) gələrək, orada Ermənistanın Dağlıq Qarabağa iddiasını indiyədək erməni rəsmilərinin dilə gətirmədiyi açıqlığı ilə ortaya qoymaqla, bir daha çatını öz əli ilə böynuna salmaq deməkdir. İdman tədbirinin açılışında çıxış edən Paşinyan Dağlıq Qarabağın Ermənistanın olduğunu vurğulayıb. Ən gülünc məqam isə, Paşinyanın Ermənistanın gələcək 30 ilin inkişaf perspektivləri barədə danışmasıdır. Özü də çıxışlarında "Artsax Ermənistandır, vəssalam" ifadəsini səsləndirməsidir. Paşinyanın sözlərinə görə, Ermənistan və Dağlıq Qarabağ hökumətləri üçün "yalnız Ermənistan və Qarabağ xalqları tərəfindən" təqdir edilən danışıqların yekunları əsasında qəbul olunmuş istənilən həlli məqbul hesab edilə bilər.
Sərsəm baş nazirə rəsmi Bakıdan tutarlı cavab
Bu sərsəm baş baş nazirin sərsəm bəyanatarını rəsmi Bakı cavabsız qoymadı. Azərbaycan XİN-i Paşinyanın bəyanatlarını "aqressiv" adlandıraraq, onların Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə "böyük zərbə" vurduğunu qeyd edib. "N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu" Azərbaycanın xarici diplomatiya idarəsi vurğulayıb.
Rəsmi Bakı XİN xəttiylə verdiyi bəyanatında Dağlıq Qarabağın ərazi mənsubluğu qeyd olunan beynəlxalq sənədlərə istinad edib: "Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb".
Ekspertlərin fikrincə, Paşinyanın mitinq şousu "Qarabağ klanı"na qarşı hazırlanıb. Məqsəd siyasi rəqibi bir qədər də zəiflətmək, tamamilə xalqın gözündən salmaq, eyni zamanda, baş nazirdən islahat gözləyən ac ermənilərin başını qatmaqdır.
Ekspertin sözlərinə görə, maddi rifah halı bərbad olan erməniləri populist çıxışlarla və xam xəyallarla yuxuya vermək üçün mitinqlər ən gözəl vasitədir: "Paşinyan küçələrdən gəlmiş bir adam kimi bu metoddan ustalıqla yararlanır. Yəni ona dəstək verənləri daha iki-üç ay "xəyal plovu" yeməyə vadar edir. Əslində, özü də yaxşı bilir ki, müxalifətdə olarkən verdiyi vədlərin böyük əksəriyyətini reallaşdırmaq mümkün deyil. Çünki bunu etmək üçün lazımi resurslar yoxdur. Ona görə də, yerində saymaqda davam edir. Paralel olaraq klanlararası savaş da şiddətlənir. Hələlik, bu mübarizədə Paşinyanın əli güclü görünür. "Qarabağ klanı"nı əzmək üçün biri-birinin ardınca müxtəlif metodları işə salır. Ancaq istənilən halda, qarşılıqlı mübarizə prosesində, bütövlükdə, Ermənistan ciddi surətdə zərbə alır və zəifləyir".
Paşinyan Sarkisyanın sirlərini açır: Azərbaycan üçün ipucları...
Başını itirən Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel döyüşləri haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. N.Paşinyan isə Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələr-gəlməz, ordudakı korrupsiyadan danışmağa başladı. Daha sonra Paşinyana yaxın deputatlardan biri aprel döyüşlərində Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki itkilər mövzusu da Ermənistanda tabu idi. Növbəti sirr isə, 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğunu bildirməsi oldu. Və bu hesabatı oxuyanda, bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Və bunu Paşinyan da dedi: "Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub".
Ən maraqlı məqam isə Nikolun açıqlamasının son cümələsidir: "Hakimiyyətə gələndə, elə bilirdim ki, heç olmasa, işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, vəziyyət acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq".
Bəs Nikol Paşinyan bu hesabatı niyə indi faş edir?
Politoloqların sözlərinə görə, görünür, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə indi cəmiyyətə anladır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər və onu günahkar saymasınlar.
Ekspertlərin sözlərinə görə, N.Paşinyanın etirafları Azərbaycan üçün müəyyən ipucları verir. Paşinyanın dili ilə desək, Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bunu Paşinyana daha geniş şəkildə anlatmaq lazımdır: bu izahın siyasi, iqtisadi və hərbi yolları var. Və Nikolun Xankəndidəki etirafları isə yeni müharibəyə zəmin yaratdı...
Görünən odur ki, bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB