“Səs” qəzetinin redaksiyasında Xocalı soyqırımının ildönümünə həsr olunan dəyirmi masa keçirilib
Bu gün "Səs" qəzetinin redaksiyasında Xocalı soyqırımının ildönümünə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, millət vəkilləri Elman Məmmədov, Məlahət İbrahimqızı, ADPU-nun professoru, tarixçi alim Əli Məmmədov, Xocalının ilk polis rəisi Sabir Məmmədov, Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Xalid Vəliyev və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib: "Bu sərəncam əsasında ölkəmizin hər yerində, o cümlədən, idarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlər keçirilir. "Səs" qəzeti sərəncamdan irəli gələn tədbirləri həyata keçirməyi özünə mənəvi borc hesab edir. Hesab edirik ki, bu cür tədbirlərin təşkilatçısı olmaqla erməni vəhşiliyinin bəşəriyyətə və insanlığa qarşı yönəldiyini bir daha cəmiyyətə, dünya xalqlarına çatdırmalıyıq".
Tədbirin davamında çıxış edən millət vəkili Elman Məmmədov vurğulayıb ki, bu tək Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayət idi. Onun sözlərinə görə, XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsi təsadüfən baş vermiş bir hadisə olmayıb və bu faciə XX əsrin sonunda ermənilərin Azərbaycan ərazilərinə qarşı sırf ərazi iddialarının irəli sürülməsinin nəticəsi kimi, eyni zamanda, öz arzularına çatmaq üçün Dağlıq Qarabağda hərbi vasitələrə əl atması nəticəsində baş verib. E.Məmmədov qeyd edib ki, Xocalının işğalı zamanı 3-4 nəfərlik düşmən qüvvələrinə qarşı 200 nəfərlik Xocalı sakini vuruşurdu: "Bununla müdafiə olunmaq qeyri-mümkün idi. O zamanki hakimiyyət də Xocalıda baş verənlərin qarşısını almaq üçün heç bir şey etmədi. Ancaq Xocalının mərd, vətənpərvər vətəndaşları sona qədər düşmənə qarşı mübarizə apardı. Sonda əhali əlacsız, köməksiz qalıb şəhəri tərk etmək məcburiyyətində qaldı. Əhali öz yurdundan çıxaraq 16 km-lik məsafəni qət edərək Ağdama doğru üz tutdu. Xocalılar Ağdama keçmək üçün ermənilərin cəbhə xəttini yarıb keçməli idilər. Bu zaman isə onlara heç bir aman verilmədi və dəhşətli qətliamlar törədildi. Ancaq təəssüflər olsun ki, bu soyqırımından sonra ABŞ Senatı Azərbaycan qarşı 207-ci sanksiyanı tətbiq etdi. Hücuma məruz qalan da biz olduq, günahlandırılan da. Təəssüflər olsun ki, bu gün Azərbaycanda istehsal olunan təqvimlərdə fevralın 26-sı qırmızı rənglər göstərilib. Xalqımıza qarşı törədilən vəhşiliklərdən sonra bu tarix niyə qara rəngdə deyil, qırmızı rəngdə göstərilir?"
Tədbirin davamında çıxış edən millət vəkili M.İbrahimqızı bildirib ki, bu dövrdə Azərbaycanın qonşu dövlətlərlə əlaqələri, münasibətləri elə də ürəkaçan deyildi: "Ona görə Xocalıda baş verən soyqırımı hər bir rayonda, bölgədə gözləyirdik. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə parlamentdə Xocalı soyqırımına siyasi qiymət verilməsi və bunun insanlığa yönəlmiş bir cinayət olması ilə bağlı cəmiyyətdə böyük müzakirələr aparıldı. Onun rəhbərliyi ilə Xocalı soyqırımı parlamentdə müzakirə olundu və orada siyasi, hüquqi qiymət verildi. Sonradan onun layiqli davamçısı İlham Əliyev də beynəlxalq təşkilatlarda, dünyanın inkişaf etmiş ayrı-ayrı ölkələrinin parlamentlərində, beynəlxalq arenada bu məsələyə siyasi və hüquqi qiymətin verilməsi tələbi ilə çıxış edir. Bu gün Xocalı soyqırımı ilə bağlı nə qədər fəaliyyət göstərsək də ən böyük işimiz Heydər Əliyev Fondunun Rusiyadakı rəhbəri Leyla Əliyevanın rəhbərliyı ilə aparılan "Xocalıya Ədalət" kampaniyası nəticəsində İKT Parlament Assambleyasında Xocalının insanlığa qarşı törədilən cinayət kimi özünü əks etdirən sənəd qəbul edildi. Beynəlxalq statusa malik və 50-dən çox ölkəni birləşdirən təşkilatın qəbul etdiyi bu sənəd beynəlxalq aləmdə Xocalıya verilmiş ən yüksək sənəddir".
ADPU-nun professoru, tarixçi alim Əli Məmmədov vurğulayıb ki, Ön Qafqaza ermənilər etnik gəlmədir. XX əsrin sonlarından Qarabağın bölünmə siyasətinə başlandığını deyən tarixçi qeyd edib ki, 50 milyonluq əhalisi olan torpaqların işğalı çoxdan hazırlanmışdı.
"Azərbaycanın yeraltı və yerüstü sərvətlərlə zəngin olması həmişə düşmənlərin marağına səbəb olub. Xocalı Dağlıq Qarabağın mühüm strateji məntəqəsi idi. Bu illərdə baş verən hadisələrin əsasında isə xristian-müsəlman çəkişməsi durur", - deyə o əlavə edib.
Xocalının ilk polis rəisi Sabir Məmmədov qeyd edib ki, o vaxt Xocalının bölmələri Əsgəranın tabeliyində idi. Onun sözlərinə görə, müstəqil bölmə deyildik ki, nəsə edə bilək. O dövrdə şəhərdə ərzaq qıtlığının olduğunu deyən S.Məmmədov qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq ölkə şəhərin müdafiəsində var gücü ilə döyüşdü.
Xocalı İcra Hakimiyyətinin nümayəndəsi isə Xalid Vəliyev çıxışında qeyd edib ki, bu faciə baş verməyə və ya daha ağır ola bilərdi. Onun fikrincə, Xocalının bərpası və müdafiəsi yalnız əhalinin ümidinə idi. Dağlıq Qarabağı qoruyan ilk orqanın Daxili İşlər Nazirliyinin olduğunu deyən X.Vəliyev qeyd edib ki, sonradan yaranan batalyonlar xocalılardan təşkil olunurdu. Vətəni, torpaqları müdafiə etmək üçün vəzifədən asılı olmayaraq vətəndaş olmaq lazımdır. Onun sözlərinə görə, xalq bir yerə yığışaraq, prezidentin ətrafında birləşərək torpaqlarını işğaldan azad etməyə qadirdir.
Tədbirin davamında mövzu ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB