Astarada yarımilin sosial-iqtisadi nəticələri müzakirə olunub FOTOLAR
Avqustun 6-da Astara Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilib.SİA-nın verdiyi məlumata görə, rayon icra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iclasda iştirak ediblər.
İclası giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, iyulun 31-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin birinci yarımilində Respublikada sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə geniş nitq söyləyən dövlət başçısı iin əvvəlindən qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini, mühüm əhəmiyyətli böyük infrastruktur layihələrin icra olunduğunu bildirib.
İcra başçısı bildirib ki, 2019-cu ilin I yarımilində rayonda da xeyli iş görülüb. Yerli gəlir və xərclərin icrası tam həyata keçirilmiş, ümumi məhsul və xidmətlərin həcmi 33 milyon manat olub. Bunun 12 faizi sənayedə, 26 faizi kənd təsərrüfatında, 11 faizi tikintidə, 48 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 1 faizi informasiya və rabitədə oub.
Şəmətük kəndində 20 şagird yerlik ibtidai modul tipli məktəb binasının, Ərçivan qəsəbəsində çəltik dəyirmanının, Motlayataq kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi başa çatdırılmış, Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina yeni dərs ilində istifadəyə veriləcəkdir. Hazırda tikintisinə ehtiyac olan digər məktəblərimizin inşası istiqamətində işlər davam etdirilir.
Ölkə başçısının müvafiq sərəncamına əsasən ucqar dağlıq ərazilərdə yerləşən və bu günə qədər elektrik xətti olmayan Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə vəsait ayrılmasına görə vətəndaşlarımız ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.
Rayonda kənd təsərrüfatı sahəsinə də diqqətlə yanaşılıb. Aqrar sahədə çəltikçiliyin, sitrus meyvəçiliyinin və çayçılığın inkişafına dair qəbul edilmiş Dövlət Proqramlarının icrası ilə bağlı mühüm işlər götürülüb. Vətəndaşlarla aparılmış maarifləndirmə izahat işləri nəticəsində 140 hektarı buğda, 44 hektarı arpa olmaqla ümumilikdə 184 hektar sahədə taxıl əkilib. İyun ayında sahələrdə başlanan biçin başa çatdırılmış, məhsuldarlıq buğdada 22, arpada 19 sentener təşkil edib.
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında 237 hektar sahədə çəltik əkilmiş, lazımi aqrotexniki qulluq göstərilmiş, suvarma ilə bağlı heç bir problem olmayıb.
Çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində çay plantasiyalarının ümumi sahəsi 345 hektara çatdırılıb. Cari ildə rayon üzrə ümumilikdə 325 ton məhsul istehsal ediib
Son illər rayonda sitrus və subtropik meyvə bağlarının salınması geniş vüsət alıb. Hazırda rayon üzrə sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4 min hektara yaxındır.
Rayon üzrə cari ildə fərdi həyətyanı torpaqlarla birlikdə 2100 hektara yaxın sahədə tərəvəz əkilmiş, 8200 ton məhsul yığılıb.
2019-cu ilin may ayında Qax Damazlıq Təsərrüfatından rayona barama toxumu gətirilərək kümçülərə paylanılmış, rayon üzrə 14 kümçü tərəfindən ümumilikdə 1262 kq barama tədarük olunaraq Şəki-İpək kombinatına təhvil verilib.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi birinci yarımillikdə də davam edib. Cənab prezidentin sərəncamı əsasında rayonun on beş min nəfər əhalisinin yaşadığı uzunluğu 11.6 km olan, 6 yaşayış məntəqəsini
birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolu yüksək səviyyədə asfaltlaşdırılaraq istifadəyə verilib.
Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəbrayıl Salmanov, rayon Məşğulluq Mərkəzinin sektor müdiri Vahab Vahabov, Maliyyə idarəsinin rəisi Cavid Abbasov və başqaları müşavirədə çıxış ediblər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha prioritet olan məsələlər gündəmdədir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ölkə başçısının yaratmış olduğu imkanlardan səmərəli istifadə edərək rayonda ənənəvi kənd təsərrüfatı sahələrini - sitrusçuluq, çayçılıq, çəltikçilik, tərəvəzçilik, arıçılıq və digər sahələri genişləndirməklə məhsul istehsalını artırmalıyıq. Ən ümdə məsələlərdən biri də turizm sahəsinin inkişafına diqqətin yönəldilməsidir
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf strateqiyası, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə davam etdikcə, müstəqil Azərbaycanımız gündən-günə inkişaf edir, güclənir. Bu əlbəttə ki, bizi çox sevindirir. Ona görə də cənab Prezidentimizin ətrafında sıx birləşməli, ölkəmizdə hökm sürən əmin-amanlığı, sabitliyi qorumalı və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməliyik.
Sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı” ilə təltif olunmuş Cahangir Əliyevə və dövlət qulluğunda fərqləndiyinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Arif Əliyevə medallar təqdim ediib
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB