Həcc ziyarətinə gedən zəvvarların sayı 1,5 milyonu keçdi

Həcc ziyarətinə gedən zəvvarların sayı 1,5 milyonu keçdi
Bu il Səudiyyə Ərəbistanına həcc ziyarətinə gələn zəvvarların sayı 1 milyon 516 min 101 nəfərə çatıb. SİA-nın xəbərinə görə, Səudiyyə Ərəbistanının Miqrasiya məsələləri üzrə Baş İdarəsi açıqlayıb ki, zəvvarların 1 milyon 412 min 894 nəfəri hava, 86 min 359–u avtomobil və 16 min 848-i dəniz yolu ilə ölkəyə daxil olub. Zəvvarların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 123 min 369 nəfər, yəni 9 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə