Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Axtaçı kənd sakini İ.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş iki çətənə kolu aşkarlanıb.
SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini C.Fərzəliyevin şəhər ərazisində kirayədə yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 5 çətənə kolu aşkarlayıblar.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Cəfərovdan 473 qram marixuana götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB