Hər il kənd yerlərindənikahdankənar doğulan uşaqların sayı çoxalır. Bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova məlumat verib.
A.Veysəlova nikahdankənar doğulmaların sayında həmişə dəyişkənliyinolduğunu bildirib: "Bu rəqəmlər hər il gah azalır, gah da artır. 2011-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı daha çox idi. Həmin il30 983 uşaq doğulub.Amma 2011-ci ildən başlayaraq indiyədək bu rəqəmlərdə azalmavar. Sonuncu rəqəmlər artıq 20 min civarındadır. Bununla belə, şəhər yerlərinə nisbətdə kəndlərdə bu göstərici çoxluq təşkil edir”.
O qeyd edibki, verilən rəqəmlər ümumi xarakter daşıyır: "Amma qeyri-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların qeydiyyatının aparılması ilə bağlı başqa yanaşma da var. Belə ki, Ədliyyə Nazirliyinə hər iki valideynin və ya tək qadının ərizəsi ilə müraciət edilir. Məsələn, bəzən normal ailələrdə4 və ya 5 uşaqolmasına rəğmən, ailə başçılarının rəsmi nikahı olmur, münasibətlərini hansısa səbəblərdən rəsmiləşdirə bilmirlər. Amma valideynlər öz uşaqlarından imtina etmir,normal ailə münasibətləri çərcivəsində yaşayırlar. Biz belə ailələrə öz maarifləndirici təlimlərimiz zamanı rəsmi nikahla bağlı məsləhətlər veririk. Çünki bu, çox mühüm məsələdir. Rəsmi nikah həm uşağın, həm ananın, həm də atanın hüquqlarının qorunması və digər məsələlərdə mühüm amildir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB