"Köstəbək youtuberlər"in baxış və "like" problemi... ŞƏRH

"Köstəbək youtuberlər"in baxış və "like" problemi... ŞƏRH

Yaxud xalq onlara niyə baxmır və bəyənmir?

Azərbaycanda özlərinə müxalifət donu biçdirib, saxta arayışları və məhkəmə qərarlarını əllərində bayraq etməklə, yaxud xarici kəşfiyyat qurumlarının nümayəndələri ilə şübhəli əlaqələrə girərək ABŞ-da, Fransada, Almaniyada oturum alan Sevinc Osmanqızı, Qənimət Zahid, Natiq Ədilov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimi "köstəbək youtuberlər" imza atdıqları "müqavilələrin" şərtlərini və öhdəlikləri heç cür yerinə yetirə bilmirlər. Onlara verilən qrantların qarşılığında Azərbaycan ictimai rəyinə təsir etmək, insanlarda antihakimiyyət əhval-ruhiyyəsi formalaşdırmaq cəhdləri nəticə vermir, əksinə, "youtube" layihələri getdikcə iflasa uğrayır. Belə fiaskonun səbəbi onların savadsızlığı və bacarıqsızlığı ilə yanaşı, xalqın münasibəti və mövqeyidir. Vətəndaşlarımızın "Osmanqızı", "Azərbaycan saatı", "Azadlıq qəzeti", "Azad söz", "Made in Azerbaijan" kimi "youtube" kanallarını izləməməsi, orada aparılan müzakirələrəetinasız yanaşması, xüsusilə də, çoxsaylı sosial şəbəkə istifadəçilərinin verilişləri kütləvi şəkildə "dislike" etməsi (bəyənməməsi) fiaskonu labüdləşdirib...

Qısa monitorinq aparmaq kifayət edər ki, həmin kanalların necə rəzil duruma düşdüklərini görəsən. Onların vəziyyəti o qədər pisdir ki, hətta canlı yayım efirlərinə əvvəlcədən öyrədilmiş şəxslərin zəng vurmalarını belə təşkil etməyə məcbur olurlar. Dəfələrlə şahidi omuşuq ki, Qənimət Zahidin və Osmanqızının troll-moderatorları "canlı çatda" efirə zəng üçün yalvarırlar. Lakin zəng edənlər də, adətən, o qədər savadsız olurlar ki, özlərini ifşa edirlər. Məsələn, bir neçə gün əvvəl "Azərbaycan saatı" kanalında Əli Kərimlidən müsahibə alan Qənimət Zahid əvvəlcədən təşkil olunmuş zəngi efirə qoşduqdan sonra peşman oldu. Çünki öyrədilmiş cəbhəçi troll intellektual baxımdan o qədər zəif idi ki, bilmədən canlı efirdə Əli Kərimlinin arayış və vəsiqə alverini ifşa etdi. Həmin şəxs dedi ki, bu günə qədər Avropaya getmək üçün ona 500 nəfər müraciət edib. Onlardan biri sənədləri yığmaq üçün 10 min manat xərcləyib. Təkcə AXCP-nin vəsiqəsini almaq üçün isə 3 min manat xərc çəkib. Cəbhəçinin sözlərinə görə, 10 min manat xərc çəkilsə də, 3 min manata AXCP-nin vəsiqəsi alınsa da, bütün sənədlərin keçərli olması üçün həmin şəxsin Əli Kərimli ilə mütləq şəkli olmalıdır...

Əlbəttə, özünüifşa məqamları tək bu misalla bitmir. Əsas problem ondan ibarətdir ki, "Osmanqızı", "Azərbaycan saatı", "Azadlıq qəzeti", "Azad söz", "Made in Azerbaijan" kimi "youtube" kanalları artıq saxta reytinq naminə çalışırlar. Şər-böhtan xarakterli, reallıqla uzlaşmayan mövzuları "xüsusi təlim keçmiş ekspertlərlə" müzakirə edir, amma yenə də lazımi effekt əldə edə bilmirlər. Çünki bütün fəaliyyət elə başdan saxtakarlıq üzərində qurulub.

Məsələn, "Osmanqızı" kanalının 113 min "abunəçisi – izləyicisi" olsa da, canlı yayımlar zamanı həmin rəqəmin heç 1 faizi belə verilişi izləmir. Təqribi hesablasaq, "Osmanqızı" kanalının 1 faiz izləyicisi 1130 nəfər edir. Lakin şəkildən də göründüyü kimi, canlı yayım efirini 761 nəfər izləyir. Bu da, 0,6 faiz deməkdir. Məsələ bununla bitmir. Verilişi bəyənənlərin sayı da, bir qayda olaraq, həddən artıq az olur. Özünüz də görürsünüz ki, "Osmanqızı" kanalındakı canlı efiri "like" edənlərin sayı (581) dislike edənlərdən (947) demək olar ki, 2 dəfə azdır.

Adıçəkilən kanalın baş admini həmin Sevinc Osmanqızıdır ki, Bakıda ailəsi ola-ola ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı ilə "ciddi" münasibətlər qurub, sonra isə onun köməkliyi ilə ABŞ-a qaçıb. Orada Sevinc Osmanqızına Azərbaycan dövləti və xalqı əleyhinə işlərin aparılması üçün qrant xətti açılıb, Floridanın ən bahalı məkanında 300 min dollarlıq mənzil də "hədiyyə edilib"...

Yaxud götürək Qənimət Zahidin "Azərbaycan saatı" kanalını. Bu, həmin Qənimət Zahiddir ki, Azərbaycanda olarkən "Azadlıq qəzeti"nin baş redaktoru, Əli Kərimlinin kassirlərindən biri idi. Bu, həmin Qənimət Zahiddir ki, xarici donorlar və KİVDF tərəfindən ayrılmış milyonlarla dollar vəyüz minlərlə manat

vəsaiti Əli Kərimli ilə bölüşdürmüş, qəzetin əməkdaşlarını isə qış vaxtı cırıq ayaqqabı ilə işə gəlməyə məcbur etmişdi. Qəzetin kollektivinin haqqı olan o pulları "3 Palma" saunasında xərcləyərkən, rəzil duruma düşmüş Qənimət Zahid bu gün yenə rəzillik içərisindədir...

Demək, onun kanalının 137 min izləyicisi var. Lakin canlı efiri "izləyənlərin" sayı cəmi 0,4 faizdir, yəni 501 nəfər. Təqdim olunan şəkildən aydın görünür ki, verişili bəyənənlərin sayı cəmi 649 nəfərdir, bəyənməyənlər isə 1600 nəfərdən çoxdur. Arada olan 1000 nəfərlik fərq bir daha sübut edir ki, Qənimət Zahidin "youtube" kanalı bəyənilmir, qəbul edilmir. Vəziyyət o həddə çatıb ki, Q.Zahid bu biabırçılığın qarşısını almaq üçün bəzən "like" və "dislike" funksiyalarını bağlamağa məcbur olur...

Yuxarıda adları çəkilənlərdən heç də fərqlənməyən "youtube" kanalından biri də əxlaqsız davranışlarına görə ölkədən qaçmış Tural Sadıqlının işlətdiyi "Azad söz"dür. Bu, həmin Tural Sadıqlıdır ki, Əli Kərimlinin "tələbəsi" olan Fatimə Mövlamlıdan Avropa oturum almasına "kömək göstərmək" adı ilə 15 min dollar almışdı, "dostu" Məhəmməd Mirzəli ilə qrant savaşı aparırdı. 80 min avro qranta görə, bir-birini ifşa etmiş Məhəmməd-Tural cütlüyü hələ o zamandan əsl məqsəd və məramlarını büruzə vermişdilər...

"Azad söz" kanalının "izləyicilərinin" sayı 148 min nəfərdir. Kanalın "izləyici" sayı yuxarıdakı iki kanaldan çox olsa da, onlardan daha zəifdir. Çünki şəkildən də görünür ki, "Azad söz"ün canlı efirini izləyənlərin sayı cəmi 493 nəfərdir. Yəni ümumi "izləyici" sayının cəmi, 0.3 faizi canlı efirə qoşulub. Verilişi bəyənənlərin də sayı aşağıdır – cəmi 471 nəfər. Canlı efiri rədd edənlərin, bəyənməyənləri sayı isə "like" edənlərdən çoxdur.

Rəzil durumda olan kanallardan biri də "Azadlıq qəzeti"nin "youtube" kanalıdır. Bu kanalın admini Əli Kərimlinin həmkəndlisi, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovdur. O da, Qənimət Zahid və Tural Sadıqlı kimi, böyük bir rəzalətdən sonra AXCP sədrindən aldığı arayışla Fransada yerləşib.

Bu gün onun işlətdiyi "Azadlıq qəzeti" kanalının cəmi 52 min nəfər "izləyicisi" var. Canlı yayımlar zamanı, ümumiyyətlə, biabırçılıq olur. Birincisi, Natiq Ədilov çox nadir hallarda canlı yayım təşkil edə bilir. Çünki bunun üçün intellekt və kreativlik lazımdır. İkincisi, N.Ədilov əvvəlcədən çəkilmiş, montaj olunmuş videoları "premyera" kimi yerləşdirməklə baş aldatmağa çalışır. Amma nə fayda...

Onun "premyera"larına baxanların sayı çox nadir hallarda 100 nəfəri keçir. Elə təqdim etdiyimiz şəkildən də görürsünüz ki, efirə baxanlar cəmi 51, "like" edənlər 137, "dislike" edənlər isə 745 nəfərdir. Yəni aydın olur ki, kanalın efirinə 0,1 faiz "izləyici" baxır, "like" edənlərin sayı isə, bəyənməyənlərin sayından 5-6 dəfə azdır...

Bu gün özlərini "müxalifət" adlandırıb guya "haqq-ədalət naminə" fəaliyyət göstərənlərin real durumu təsvir edildiyi kimidir. Böyük əksəriyyət onları qəbul etmir. Onların fikirləri, "feyk" mövzuları insanları maraqlandırmır. Dünyada baş verən geosiyasi və geoiqtisadi proseslərin təhlili prizmasında onların qərəzli çıxışları, "dəvədən fil düzəltmək" cəhdləri çox rəzil və cılız görünür. Elə bu səbəbdən də, Azərbaycanda onları izləyənlərin və dəstəkləyənlərin sayı abunəçilərin 1 faizini ötmür. Sual edə bilərsiniz ki, 1 faiz izləyiciləri yoxdursa, 100 minlik izləyici sayı haradandır? Çox sadə: Osmanqızının canlı efirdə etiraf etdiyi kimi, "youtube"nin və digər texniki dəstək saytlarının pullu xidmətlərindən istifadə edərək, izləyici və "like" sayını süni şəkildə artırırlar...

İndi bildinizmi radikal müxalifətin namizədləri nə üçün seçkilərdə 3 faizlik baryeri aşa bilmirlər? Onlara məsləhətimiz budur ki, əgər güzgü sizi əyri göstərirsə, güzgünü sındırmayın, özünüzü düzəldin...

Ramil Vəlibəyov,

YAP Nizami rayon təşkilatı GB sədrinin müavini,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə