Qurban Məmmədovun iç üzü açılır

Qurban Məmmədovun iç üzü açılır

İndi də separatçıların "vəkili" İsgəndər Həmidovun yatağa düşməsinə çırtma çalır

Bax, budur milli mənlik şüurundan, vətəndaşlıq borcuna sadiqlikdən məhrum olan alçaq xislətli, seperatçıların "vəkili", xəyanəkar, "siyasi mühacir" Qurban Məmmədovun iç üzü. Əslində, Q.Məmmədovun məqsədi "Azərbaycan Xalq Hərəkatı"na "liderlik" iddiası ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovla "qoç döyüşünə" çıxmaq istəyirdi. İş elə gətirdi ki, Q.Məmmədov İ.Həmidovu yaxalayınca, xəstəlik daha tez yaxaladı. Elə bil, bununla da, İ.Həmidov həyata keçirmək istədiyi "arzusuna" qovuşa bilmədi. Xəstəlik onu heç ayağa qalxmağa da imkan vermədi. Bu xəbərdən sonra separatçıların "vəkili" çırtma çalır. Ancaq bilmir ki, hər anın bir hökmü var. İndi özünü "ən layiqli lider" saydığını bildirən və uzun müddətdir ki, ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğul olan bu satqın və xəyanətkar "vəkilin" son vaxtlarda sosial şəbəkələrdə daha fəal olmasının da səbəbi bəlli olub. Deməli, əlinə fürsət düşüb. Özü də Azərbaycanda reallaşdırılan inqilabi islahatların keçirilməsi, əldə olunan uğurlu nəticələr prosesi zamanı satqın "siyasi mühacir" Q.Məmmədovun məqsədi də "AXH"-yə "lider" olmaqla, ölkədə siyasi sabitliyi pozmaqdır. Ancaq satqın Q.Məmmədov anlamır ki, sosial şəbəkə vasitəsi ilə ölkəmizin əleyhinə apardığı "qara piar" kampaniyasının rəngini gündən-günə nə qədər tündləşdirsə də, heç nəyə nail ola bilməyəcək.

"Vəkil"likdən başqa hər cür alçaqlıq edən Q.Məmmədovun quduzluğu

Deyir, itin quduzlaşması düzələn deyil. Bir də, atalar yaxşı deyib ki, bələdçisi qarğa olanın dimdiyi həmişə zibillikdə olar. Təbii ki, ölkə başçısı dəfələrlə anti-Azərbaycan qüvvələrə qarşı siyasi iradəsini qəti şəkildə ortaya

qoyub. Hətta bu qüvvələrə qarşı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edir. Əli Həsənovun təbirincə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti", nə qədər cəhd etsə də, ölkəmizin suverenliyinə xələl gətirə bilməz. Ölkə başçısı İlham Əliyevin siyasi iradəsi qarşısında isə bütün antimilli qüvvələr məğlubiyyətə məhkumdurlar.

Hacı Əbdüldən sensassion açıqlamalar

"Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül son günlər separatçı satqın "vəkil" Q.Məmmədovun "liderlik" iddiasına düşməsinə əsəbləşərək bildirib ki, yaxşı olardı ki, hər iki qardaş kim olduqlarını açıqlasınlar: "Onlarda üz var. Ancaq insafən, hər ikisinin üzü padoşdur. ADP-nin sədri Sərdar Cəlaloğlu və hazırda İngiltərədə sığınacaq alan satqın qardaşı Q.Məmmədov daima xarici dövlətlərin agenti olub, Sərdar Cəlaloğlu da şeytana qulluq edən adam oldub. O özünə aid olmayan və bilmədiyi məsələlərə başını soxur. Onun bu cür hərəkətləri camaatı da çox narahat edir. Adını "müstəqil siyasətçi" qoyub, amma yüz yerə işləyir. S.Cəlaloğlunun heç partiya sədri səviyyəsində elektoratı yoxdur. Ona xüsusi vəzifə verilib. Bu vəzifə də müxalifəti parçalamaqdır. S.Cəlaloğlunu yalnız dırnaqarası müxalifət hesab etmək olar. O, əsl müxalifət deyil". Hacı Əbdül, ümumiyyətlə, Azərbaycanda əsl müxalifətin olmadığını deyir: "Müxalifətçiyəm" deyənlərin hamısı satqın, əxlaqsız və qrant alverçiləridir. Satırlar, satılırlar. S.Cəlaloğlu ilə Q.Məmmədov bir bezin qırağıdır. Bir qardaş xaricdəki müxalifətə, bir qardaş isə ölkədəki müxalifətə nəzarət etmək üçün fəaliyyət göstərir. Buna görə onlara vəsait verilir. Bunlar müstəqil adamlar deyil, tapşırıq qullarıdır".

Cəmiyyətimizin yaxşı tanıdığı bu "hüquqşünas" bütün etik-mənəvi dəyərləri tapdalayaraq, sərhədləri aşaraq ölkəsinə, millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtan, təhqir yağdıran, adını azərbaycanlı qoyaraq erməni dəyirmanına su tökən məlum başıpozuq dəstənin üzvlərini hər vəchlə müdafiə etməklə, əslində, öz simasını, daha doğrusu, simasızlığını bir daha ortaya qoyanlardır. Vətən əxlaqından, torpaq təəssübündən çox-çox uzaq olan bu xəyanətkar qrant parazitlərini özünün "Azəri fredoom" "televziyasına" çıxararaq, uzun-uzadı mükalimələr qurması, debatlar, dialoqlar təşkil etməsi "əzəmətli vəkil" Q.Məmmədovun və onun "Azəri fredoom"unun anti-Azərbaycan dairələrin və erməni lobbisinin ölkəmizin əleyhinə yönələn yeni və məkrli bir layihəsi olduğunu tam çıqlpaqlığı ilə ortaya qoyur. Avropanın müxtəlif ölkələrində "siyasi mühacir" adı ilə məskunlaşaraq məişət rahatlığı, kamfort həyat tərzi naminə bütün ali dəyərləri tapdalayaraq, öz ölkəsinə və xalqına xəyanət edən, bu gün, nəinki regionda, hətta bütün dünyada sülh, əmin-amanlıq və sabitlik adası olan ölkəmizi uzunmüddətli xaosa, vətəndaş qarşıdurmasına sürükləmək istəyən dairələrin maşasına çevrilən, müəyən xarici xidmət orqanlarının tələsinə düşən həmin "sapı özümüzdən olan baltalarla" isti münasibətləri, onlara haqq qazadırması, hətta o marginllara "vəkillik" və "ağsaqqallıq" etməsi ağı qaradan, xeyiri şərdən ayırmağı yaxşı bacaran cəmiyyətimiz tərəfindən nifrət və ikrah hissi ilə qarşılanır. Və şübhəsiz, özünü cəmiyyətə milli-azadlıq hərəkatının fəallarından biri kimi, eləcə də, təcrübəli vəkil olaraq təqdim edən Q.Məmmədov bilməlidir ki, qaranlıq fəaliyyətinin qaranlıq sonu iflasa məhkumdur.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə