Sevinc Osmanqızı indi də Sorosun adamı Arif Əliyevin çaldığını "çalır"
Yenə də qaşınma, yenə də böhtanlar... Səbəb də ölkədə aparılan inqilabi sosial-iqtisadi islahatlardan, uğurlu iqtisadi inkişafdan narahatlıq keçirərək, min bir oyuna, böhtana əl atsalar da, bir nəticə əldə edə bilməyən, erməni dəyirmanına su tökən ermənisifətlilər və "Avropada özlərini "siyasi mühacir" kimi təqdim edənlər, olmayan başlarını o deşik qalmayıb soxmasınlar. Okeanın o tayında oturub, qulaqlarının şəkləyərək Azərbaycanla bağlı hər hansı uğursuz bir xəbərə sinov gedən S.Osmanqızının bu istəyi böğazına tıxanacaq. Çünki Azərbaycanda aparılan inqilabi islahatlara və həyata keçirdiyi layihələrə bütün dünya həsəd aparır.
Bu gün ABŞ-da yaşayan və AXCP sədri Əli Kərimlinin təbliğatını aparan, qibləsi ABŞ olan S.Osmanqızı Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyərək, yenidən abırsızlıq etməyə başlayıb. Bunun da haradan qaynapqlandığı bəllidir. O da bəllidir ki, sevinclər, xədicələr, gültəkinlər, leylalar və bu kimi çirkaba bulaşmış hər cür əxlaqsızlığa gedənlərin önündə, AXCP sədri Ə.Kərimli ilə "Milli Şura"nın lideri Cəmil Həsənli gedir və guya bu məmləkətin "xilası" onlardadır. Absurddur. ABŞ-a sığınmış S.Osmanqızı da "YouTube" kanalında həmin "Nağıl danışan nənə" funksiyasını yerinə yetirməyə çalışır, səsinin tembrini bəhs etdiyi mövzudan asılı olaraq dəyişir, mitinqlərdən bəhs edəndə vəcd notlarını bol edir, "hakimiyyətin əzab verdiyi xalq"dan danışanda, faciəvi çalarları seçir. Nə qədər alçaqlıq və nə qədər mənəviyyatsızlıq...
Son dönəmlərdə siyasətçilik iddiasına düşmüş bu əxlaqsızın "ozan" verballığının qəhrəmanları arasında T.Yaqublu kimi siyasətə atılıb siyasətin atdığı bir fırıldaqçının Ə.Kərimli ilə bir yer tutması da təəccüb doğurmur.
Məsələn, AXCP lideri deyir ki, S.Osmanqızı da səsləndirir ki, sən demə, Azərbaycan hakimiyyətinin son qərarları, fərmanlar, sərəncamlar, vətəndaşların rifah halının yüksəlməsinə və sosial sahədə islahatlara yönəlmiş bütün (!) addımlar yanvarın 19-da "Məhsul" stadionunda keçirilmiş "möhtəşəm" mitinqdən sonra "iqtidarın qorxuya düşməsinin nəticəsi" imiş. Təkrarlanma deyil bu fikir. Bəla ondadır ki, Ə.Kərimli bu marazmı sürəkli surətdə təkrarlayır, Avropa ölkələrindəki "müstəqil bloqer"lər də S.Osmanqızı və digər siyasət luzerləri ilə səs-səs verərək, AXCP liderini az qala Pasxa adasındakı bütə çevirirlər. Bax budur, onların alçaqlığı və əxlaqsızlığı. Çünki reallıq onlar üçün mənəviyyatlarını və əxlaqlarının qranta satmaqdır.
S.Osmanqızı indi də Sorosun adamı Arif Əliyevin çaldığını "çalır"
İndi də S.Osmanqızı Azərbaycan mətbuatında özlərini "kapitan" kimi sırıyan, lakin medianın yefreytorları belə olan bilməyən şəxslərin çaldğını "çalmağa" başlayıb. Çalmaqla yanaşı, KİVDF, Mətbuat Şurası və s. bu kimi mediaya bağlı qurumlara qarşı qısqırdılan əsas sorosçu, "qrantyeyən" A.Əliyevin dediklərinə dəstək verməyə başlayıb. Harda aş, orda S.Oamanqızı baş. İstər S.Osmanqızı, istəsə də A.Əliyev ölkə mətbuatının daha səmərəli və keyfiyyətli standartlara keçid etməsi kimi məsələlərdə özünü "mətbuat qiyamçısı" və "haqq-ədalət carçısı" prinsipi ilə ictimai rəyə zorla dürtüşdürərkən, özlərinin keçmişlərini ya unudur, ya da mediada şou-maklerlik edərək, haqlarında formalaşmış fikirləri yayındırmağa çalışırlar. Əgər bu gün "Media Klubu" adlanan bir şər-böhtan dağarcığı fəaliyyət göstərirsə və onun başında dayanan əsas adamlardan biri də, məhz A.Əliyevdirsə, demək, hər şey tam çılpaqlığı ilə aydın olur. A.Əliyevə havayı yerə qrantyeyən adını qoymayıblar ki..!
Bunu elə həmin dövrlərdə mətbuatda olan, bu gün də mediada təmsil olunan sayt və qəzet baş redaktorları da təsdiq edə bilərlər. Təsdiq edə bilərlər ki, istər S.Osmanqızı, itərsə də A.Əliyev pul-para üçün daim mənsub olduğu media cameəsini hər an satmağa hazırdır, necə ki, indinin özündə də satır, satılır...
Elə bu satılmaqla hər şeyi satılan görürlər. S.Osmanqızı A.Əliyevin sözünü dəstək olaraq deyir ki, guya jurnalistlərə evlər satılıb. Bu qədər həyasızlıq olar? Mən və mənim kimi həmkar jurnalistlərimizin durumu gözümüzün qarşısında idi. Kirayə evlərdə qalırdılar. Ailənin göndərdiyi pulla güclə sosial problemlərini həll edirdilər. Daha doğrusu, yarıac, yarıtox. Dövlət başçımız hər dəfə jurnalistlərlə görüşəndə onların necə və hansı durumda, nə kimi problemlərinin olması ilə mütəmadi maranqlanıb. Bu gün nəticə göz qabağındadır. Ancaq görünür, A.Əliyevin çaldığı ritm elə S.Osmanqızının qanına yaman yeriyib. Həyasızcasına sosial şəbəkələrdəki verilişlərində yalandan Azərbaycan üçün ağlayır, ölkənin daxili və xarici siyasətini əsaslandırılmamış faktlarla tənqid edir. Azərbaycana nifrət edən S.Osmanqızı və A.Əliyev kimi mənəviyyatsız əxlaqsızların əsl üzü budur - "Vətən üçün pis olan bizə faydalıdır". Təəccüblü də deyil. Çünki bu kimi əxlaqsızlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyil və əxlaqsızların tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıb.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB