Deputat ETSN-in çirmərliklərlə bağlı gördüyü tədbirləri dəstəklədi
“Xəzər dənizinin çirkləndirilməməsi çox vacib məsələdir”. Bu sözləri deputat Rauf Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəniz qırağında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyəci qurğuları olmalıdır: “Çünki bu gün həmin obyektlərdən dənizə çirkab sular axıdılır və nəticədə dəniz çirklənir. Həmin obyektlərə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başlatdığı tərdiblər alqışlanmalıdır. Dəniz sahillərində yerləşən və dənizi çirkləndirən bir çox obyektlərin ETSN tərəfindən məhkəməyə verilməsi doğru addımdır və bunu hamı dəstəkləməlidir. Çünki obyekt işlədənlər üçün təmziləyici qurğunun quraşdırılması elə çətin məsələ deyil. Məhkəmələr də mütləq qərar verməlidirlər ki, həmin obyektlər təmizləyici qurğular quraşdırsın.Hesab edirəm ki, məhkəmələr, bələdiyyələr, yerli icra orqanları, deputatlar da bu məslələrdə ETSN-yə kömək etməlidir. Əslində bu məsələlərin həlli üçün bütün cəmiyyət nazirliyə kömək olmalıdır. Çünki çimərliklərdən hamı istifadə edir və dənizi qorumaq da hamımızın borcudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB