Yaşayış massivlərində qaz təchizatı dayandırılacaq

Yaşayış massivlərində qaz təchizatı dayandırılacaq

Bu gün səhər saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.

Bu barədə SİA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Saat 09:30-dan 17:30-dək müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar İsmayıllı rayonunun 2 yaşayış məntəqəsində də qaz təchizatı dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə