11 yaşlı uşaq dənizdə boğulub

11 yaşlı uşaq dənizdə boğulub

Xəzər dənizinin Nabran ərazisində yerləşən çimərlikdə 11 yaşlı uşaq boğulub. SİA xəbər verir ki, dənizdə çimərkən boğulan Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğludur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik uşağın cəsədi tapılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə