Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri

Çimərliklərdə keçirilən monitorinqlərin nəticələri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 25 iyul-1avqust tarixlərində çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqi keçirilib, mikrobioloji təhlillər aparılıb. SİA-ya Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, budəfəki analizlərin nəticələrinə görə, Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir.

Bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova da təsdiq edib.

Bildirib ki, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir.
Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə