Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyətimizin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.
Yagizarov soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Bunatsk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə, Bakıya gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB